Səhiyyə Nazirliyi təcili yardım maşınları üçün ehtiyat hissələri alır

Səhiyyə Nazirliyi təcili yardım maşınları üçün ehtiyat hissələri alır
22 2017 13:16

Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası açıq tender elan edir.

Trend-in məlumatına görə, tender 2 lot üzrə keçirilir. 1-ci lotda "Mercedes-Vito" və "Mercedes-Sprinter" avtomaşınları üçün ehtiyat hissələrinin, 2-ci lotda isə "Mercedes-Vito" və "Mercedes-Sprinter" avtomaşınları üçün avtoşinlərin və akkumulyatorların satın alınması nəzərdə tutulur.

Tender iştirakçılarına təklif edilir ki, öz təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər lot üzrə 100 manat məbləğində iştirak haqqını ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəh.F.İbrahimbəyov küç.43 (Əlaqələndirici şəxs: S.Ağayevdən, telefon :012-594-74-72) ünvanından ala bilərlər .


20 İyul 2026
Cəmiyyət

Vaqif Poeziya Günləri "Sözün Zəfəri – Zəfərin sədası" adlı konsert proqramı ilə yekunlaşıb (FOTO)

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri Şuşada "Sözün Zəfəri – Zəfərin sədası" adlı konsert proqramı ilə başa çatıb.

20 İyul 2026
Cəmiyyət

Sabah 39 dərəcə isti olacaq - 21.07.2026

İyulun 21-də gözlənilən hava proqnozu açıqlanıb.

20 İyul 2026
Cəmiyyət

Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlanıb, sənəd qəbulunun vaxtı bilinib

2026-2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul aparılan lisey və gimnaziyalara seçimlərin nəticələri elan olunub.

20 İyul 2026
Cəmiyyət

Polis 11 tüfəng və 198 patron aşkarlayıb

İyulun 18-də və 19-da polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanması istiqamətində əməliyyat tədbirləri keçirilib.

20 İyul 2026
Cəmiyyət

FHN: Ötən həftə 700-ə yaxın yanğına çıxış olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 672 yanğına çıxış, 48 halda köməksiz vəziyyətdə qalma və 5 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.