Səhiyyə Nazirliyi dərman idxalçılarına xəbərdarlıq etdi

Səhiyyə Nazirliyi dərman idxalçılarına xəbərdarlıq etdi
28 Dek 2016 11:12

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) dərman vasitələrinin qablaşdırmasının türk dilində olmasına icazə verilməsi ilə bağlı dərman vasitəsi idxalçılarına və xarici istehsalçı şirkətlərin Azərbaycandakı rəsmi nümayəndəliklərinə xəbərdarlıq edib. 

REALPRESS.Az APA-ya istinadən xəbər verir ki, xəbərdarlıqda bildirilib ki, Nazirlər Kabinetinin 16 dekabr 2016-cı il tarixli 513 nömrəli qərarı ilə “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”na dəyişiklik edilərək dərman vasitəsinin qablaşdırmasının Azərbaycan, rus və ingilis dillərindən başqa, həm də türk dilində olmasına icazə verilib.

Qeyd olunub ki, türk dilində qablaşdırmaları olan dərman vasitələrini idxal edə bilmək üçün istehsalçı tərəfindən həmin qablaşdırmalar Azərbaycan Respublikasında “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”nın 8 nömrəli Əlavəsinə uyğun olaraq qeydiyyata salınmalı və təsdiq edilməlidir, həmçinin istifadə təlimatının Azərbaycan dilində olması mütləqdir.


2 İyun 2023
Cəmiyyət

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI - FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 57 vaksin vurulub.

2 İyun 2023
Cəmiyyət

Azərbaycanda daha dörd nəfər COVID-19-a yoluxub, bir nəfər vəfat edib - FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

2 İyun 2023
Cəmiyyət

Azərbaycan Gürcüstanla qarşılıqlı investisiya qoyuluşunu müzakirə edib

Azərbaycan və Gürcüstan arasında sərmayələrin qarşılıqlı təşviqi imkanları müzakirə edilib.

2 İyun 2023
Cəmiyyət

Bu günə qədər 128 tərbiyəçi-müəllim bağçaya işə qəbul olunub

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin bu günə qədər olan statistik göstəriciləri açıqlanıb.