Səfir Dursun Həsənov etimadnaməsini Gürcüstan prezidentinə təqdim edib

Səfir Dursun Həsənov etimadnaməsini Gürcüstan prezidentinə təqdim edib
21 2017 10:16

Yanvarın 20-də Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Gürcüstan Prezidenti cənab Giorgi Marqvelaşvili tərəfindən qəbul edilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, səfir Dursun Həsənov etimadnaməsini Gürcüstan Prezidenti cənab Giorgi Marqvelaşviliyə təqdim edib.

Gürcüstan Prezidenti səfir Dursun Həsənovu yeni təyinatı münasibəti ilə təbrik edərək, diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir Dursun Həsənov Prezident cənab İlham Əliyevin salamlarını Gürcüstan Prezidenti cənab Giorgi Marqvelaşviliyə çatdırıb. Ölkəmizin strateji tərəfdaşı olan dost ölkə Gürcüstana təyin olunmağında yüksək etimadı doğrultmaq üçün bütün səylərini və gücünü səfərbər edəcəyini bildirib. Gürcüstan Prezidenti öz növbəsində ən səmimi salamları və xoş arzularının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş edib.

Gürcüstan Prezidenti iki ölkə arasında yüksək səviyyəli siyasi, iqtisadi əlaqələrin eləcə də bir çox energetika, nəqliyyat, ticarət layihələrinin mövcud olduğunu bildirərək, mədəni və turizm əlaqələrinin də inkişaf etdirilməsinin zəruriliyini bildirib. Turizm sahəsində Qara dəniz və Xəzər hövzəsi ölkələri ilə, xüsusi ilə Azərbaycanla Gürcüstan arasında yeni turizm layihələrinin təşkil edilməsi istiqamətində müvafiq işlərin görülməsinə böyük ehtiyac olduğunu qeyd edib və bu cür layihələrin həyata keçirilməsinin xalqlarımızın maddi və mənəvi rifahının yüksəlməsinə xidmət edəcəyini bildirib. Gürcüstan Prezidenti cənab Giorgi Marqvelaşvili ikitərəfli əlaqələrin daha da dərinləşməsində böyük potensialın olduğunu qeyd edib.

Səfir Dursun Həsənov iki ölkə arasında ikitərəfli və çoxtərəfli siyasi əlaqələrlə yanaşı, həmçinin iqtisadi, humanitar və digər sahələr üzrə əlaqələrimizin də inkişaf etdiyini qeyd edərək, siyasi sahədə qarşılıqlı dəstəklərin, siyasi bəyanatların, iqtisadi sahədə isə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TAP, TANAP, Cənub Qaz dəhlizi layihələrinin eləcə tarixi Ipək Yolunun bərpasında böyük rol oynayan Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyat layihəsinin reallaşmasının sözügedən əlaqələri daha da inkişaf etdirəcəyinə əminlik yaratdığını vurğulayıb.


24 İyul 2024
Siyasət

İlham Əliyev özbəkistanlı həmkarını təbrik etdi

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

24 İyul 2024
Siyasət

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşdü

Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

24 İyul 2024
Siyasət

Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

"Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".

24 İyul 2024
Siyasət

Bakının hansı küçələrində sıxlıq var? - 24.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

24 İyul 2024
Siyasət

Anar Ələkbərov İtaliyanın yeni səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov İtaliyanın Azərbaycana təyin olunan yeni səfiri Luka Di Canfrançesko ilə görüşüb.