“Marja” xəbər verir ki, Unibank Dolların satış qiymətini 1.73 manatdan 1.7290 manata endirib.Bank DOlların alış qiymətini isə 1.7160 manatdan 1.7150 manata salıb.
Xəbər verdiyimiz kimi, səhər saatlarında Dolları ucuzlaşdıran Amrahbank, Bank of Baku, Expressbank yenidən məzənnələri aşağı salıb. AmrahBank Dolların satış qiymətini 1.7380 manbatdan 1.73 manata, Bank of Baku isə alışı 1.72 manatdan 1.7150 manata, satışı isə 1.75 manatdan 1.7450 manata, Expressbank dolların alış qiymətini 1.72 manatdan 1.71 manata, satış qiymətini isə 1.7380 manatdan 1.73 manata endirib.
KapitalBank da Dolların satış qiymətini 1.75 manatdan 17350 manata salıb.
Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin ümumi daxili məhsulda payı 13,4 faizdir. Eləcə də, KOB-ların ölkədaxili ümumi məşğulluqda payı 42,9 faizi təşkil edir.
Bakı-Tbilisi-Qars ilə Orta Asiyadan Türkiyəyə konteynerlə yükdaşımalar artıb.