Sarkisyan Kremllə yeni oyuna başlayır?

Sarkisyan Kremllə yeni oyuna başlayır?
09 2017 10:26

Saytın versiyasına görə, Ermənistan prezidenti Serj Sarkisyan Avropa İttifaqı və NATO ilə əlaqələri möhkəmləndirmək yönündə görüntü xarakterli hərəkətlər etməklə əslində Moskvanı şantaj etməklə məşğuldur. Bu barədə sayta Sarkisyanın bu yaxınlarda Brüsselə səfəri və həmin səfər çərçivəsində Avrokomissiyanın rəhbəri Donald Tusk və NATO Baş katini Yens Stoltenberqlə görüşünü şərh edərkən politoloqlar bildirib. Qeyd olunub ki, sözügedən görüşlər zamanı Ermənistanın Aİ və NATO ilə individual əməkdaşlıq kontestində sənədlərin imzalanması Moskvanı qıcıqlandırmaq cəhdindən başqa bir şey deyil.

Aktual İqtisadiyyat İnstitutunun direktoru Nikita İsayev isə bildirir ki, Moskvanı faktiki anti-Rusiya hərbi bloku olan NATO ilə şantaj etmək çox kobud provokativ addımdır. Üstəlik, Moskva Belarus nümunəsində bu provokasiyanın necə cavablanacağını artıq göstərib. Ermənistan isə bu şantajla Moskvadan Dağlıq Qarabağ mövzusunda daha aydın ermənipərəst mövqe sərgilənməsini tələb edir ki, politoloqun fikrincə, bu istiqamətdə mövqe meyllənməsi baş verərsə, bunun regionda çox böyük destabilliyə səbəb olacağı aşkardır. Ekspertin fikrincə, Sarkisyanın bu addımlarının daha bir səbəbi isə qarşıdakı seçkilərdir. Ötən ilin aprel müharibəsindən sonra Sarkisyanın istər ölkə ictimaiyyəti,istərsə də xaricdəki ermənilər tərəfindən ciddi basqıya məruz qalmasına diqqət çəkən ekspert hazırda erməni ictimaiyyətindəki anti-Rusiya ovqatının da kökündə Sarkisyanın yürütdüyü Rusiyayönlü siyasətin durduğunu nəzərə çatdırır.

Moskva Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov isə deyir ki, Kreml “ya bizimlə, ya bizsiz” şərtinə hər zaman qıcıqla yanaşıb. O üzdən də İrəvanın Moskvadan daha artıq nəsə gözləməsi absurddur. Markovun fikrincə, Sarkisyan Brüsselə Avropanın Dağlıq Qarabağ münaqişəsində mövqeyini neytrallaşdırmaq məqsədilə səfər edib. Politoloq deyir ki, istər Avropa, istərsə də Rusiya Qarabağ münaqişəsinin həllinin məhz İrəvanın inadkarlığı üzündən uzandığını yaxşı bilir. Belə ki, konfliktin “Kazan formulu” ilə həllini tapmasına çox yaxın olduğu bir dönəmdə İrəvan buna getmədi və nəticədə danışıqlar yenə də dalana dirəndi. O üzdən politoloq ehtimal edir ki, Sarkisyanın Brüssel səfəri Avropanın İrəvana  mümkün təzyiqlərini azaltmağa hesablanıb.

Bütün bunlardan sonra isə Sarkisyanın martın 14-də Rusiya prezidenti Vladimir Putinlə baş tutacaq  görüşü ciddi maraq doğurur. Həqiqətən də maraqlıdır: Sarkisyan Brüssel səfərinin hesabını Putinə necə ödəyəcək? Üstəlik, qarşıdan onun taleyini həll edəcək parlament seçkiləri gəlir...


17 İyul 2025
Siyasət

Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edilib

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Cıdır düzündə olublar.

17 İyul 2025
Siyasət

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Mehmandarovların malikanə kompleksində olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Şuşada Mehmandarovların malikanə kompleksində olublar.

17 İyul 2025
Siyasət

Emin Əmrullayev məzunların qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalayıb

Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalayıb.

17 İyul 2025
Siyasət

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Şuşada Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər.

17 İyul 2025
Siyasət

İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Bülbülün ev-muzeyində olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Şuşada Bülbülün ev-muzeyində olublar.