Maliyyə naziri Samir Şərifov Fransanın dövlət katibi Matias Fekllə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib.
Müzakirələr Parisdə Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının 8-ci iclası çərçivəsində Azərbaycanın maliyyə naziri Samir Şərifovun Fransanın xarici ticarət, turizmin təşviqi və xaricdə yaşayan fransızlar üzrə dövlət katibi Matias Fekllə görüşü zamanı aparılıb.
Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın perspektivləri nəzərdən keçirilib. Tərəflər əməkdaşlığın daha da dərinləşdirilməsi və diversifikasiyası ilə bağlı fikir mübadiləsi aparıblar.
Matias Fekl ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb.
Samir Şərifov ölkəmizin iqtisadi siyasətindəki prioritetlər, həyata keçirilən struktur islahatlarından danışıb. Azərbaycan hökumətinə müxtəlif formalarda dəstəyin verilməsi məsələsi müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.