Salyanda yeni məktəb binası inşa edilir

Salyanda yeni məktəb binası inşa edilir
02 2017 22:16

Prezident İlham Əliyevin sərəncamı ilə Salyan şəhərində ilk dəfə olaraq 1200 şagird yerlik yeni məktəb binasının inşasına başlanılıb.

Realpress.az “Report”un Aran bürosuna istinadən xəbər verir ki, tikinti işləri ümumi sahəsi 10 min 531 kv.m sahənin 3 min 54 kv.m-də aparılır.

Avropa standartlarına cavab verəcək yeni məktəb binasında 48 sinif otağı, kimya-fizika laboratoriyası, kompüter otağı, idman, akt zalları, kitabxana, yeməkxan, tibb məntəqəsi olacaq. Bundan əlavə, məktəb binasının fasiləsiz elektrik enerjisi, istilik sistemi və içməli su ilə təmin edilməsi üçün transformator quraşdırılacaq, qazanxana tikiləcək və hər biri 150 ton olan 3 su anbarı inşa ediləcək. Tikinti işləri növbəti tədris ilində başa çatdırılacaq.


3 İyun 2023
Cəmiyyət

FHN Gəncə Beynəlxalq Hava Limanında taktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı, Dövlət Yanğın Nəzarəti Xidməti və Gəncə Regional Mərkəzinin iştirakı ilə Gəncə Beynəlxalq Hava Limanında “İnsanların kütləvi istifadə etdiyi mühüm əhəmiyyətli obyektlərdə mümkün yanğın hadisəsinin söndürülməsi və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim keçirilib.

3 İyun 2023
Cəmiyyət

Ordubadda Zəvvar arxı qardan və lildən təmizlənib

Ordubad rayon Su təsərrüfatı və Meliorasiya İdarəsi Zəvvar arxının 800 metrdən çox hissəsini qardan və lildən təmizləyib.