Salyanda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, son illər rayonda 16 yeni məktəb binası tikilib və 9 məktəbdə isə əsaslı təmir işləri aparılıb. Görülən işlərin davamı olaraq Prezident İlham Əliyevin Sərəncamı ilə rayonda ilk dəfə 1200 şagird yerlik yeni məktəb binasının inşasına başlanılıb.
Tikintisinə ötən ilin dekabrın əvvəlində başlanan üçmərtəbəli məktəb binası şəhər 2 və 3 saylı tam orta məktəblərin ərazisində inşa olunur. Müasir tələblərə cavab verəcək yeni məktəb binasında 48 sinif otağı, kimya-fizika laboratoriyası, kompüter otağı, idman və akt zalları, kitabxana, yeməkxana, tibb məntəqəsi olacaq.
Məktəb binası fasiləsiz elektrik enerjisi, istilik sistemi və içməli su ilə də təmin ediləcək. Bunun üçün yeni təhsil müəssisəsinin həyətində transformator quraşdırılacaq, qazanxana inşa olunacaq və hər biri 150 tonluq 3 su anbarının tikintisi aparılacaq. Məktəbin tikintisi növbəti tədris ilinədək başa çatdırılacaq.
Qeyd edək ki, bina hazır olandan sonra şəhər 2 və 3 nömrəli tam orta məktəblər birləşdirilərək yeni təhsil ocağına köçürüləcək.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov post-münaqişə dövründə regionda mövcud vəziyyət, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın bu prosesə xələl gətirən hərbi-siyasi təxribatları barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto məlumatlandırıb.
Fevralın 5-də saat 09:00-dan 16:00-dək Bakıda, Heydər Əliyev prospektinin kənar yolunda, tuneldə (Bağırov körpüsünün alt hissəsi, şəhər mərkəzi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar 4 marşrutun hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısını açıqlayıb.