Sahibkarlar ixrac etdikləri məhsulların dəyərini banklara bildirəcəklər

Sahibkarlar ixrac etdikləri məhsulların dəyərini banklara bildirəcəklər
06 2017 15:49

3 mart 2017-ci tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) yenilənmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarından irəli gələrək banklar qarşısında yaranmış öhdəliklərlə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasının və ABA-nın nümayəndələri, eləcə də bankların ekspertləri arasında görüş keçirilib. Bu barədə Banker.az-a Assosiyasiyadan məlumat daxil olub.

Yeni qaydalara əsasən, ixrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə Palata nəzarət edəcəkdir.

Bundan irəli gələrək,  Palata ixrac olunan malların müqabilində vəsaitlərin ixracatçılarının bank hesablarına köçürülüb-köçürülmədiyinə nəzarətini banklar tərəfindən verilən məlumatlar əsasında həyata keçirəcəkdir. Bunun üçün hər bir bank, müştərisi olan ixracatçının ixrac etdiyi malın dəyərinə dair məlumatı elektron olaraq əldə etməli, həmin məlumat əsasında vəsaitin daxil olub-olmamasını müəyyən etməli və buna dair müvafiq məlumatını elektron olaraq daxil etməli olacaqdır.

Görüşdə Qaydalardan irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı mexanizm müzakirə edilib  və bankların məsələ ilə əlaqədar təklifləri səsləndirilib.


23 Yan 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artıb” - FOTO

“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.

16 Yan 2023
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

6 Yan 2023
İqtisadiyyat

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət"də dəyişdirə biləcək

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.

6 Yan 2023
İqtisadiyyat

Özbəkistan “Bakı Limanı”nın imkanlarından istifadə etməyi planlaşdırır

Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.

6 Yan 2023
İqtisadiyyat

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 6 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.