Sağlam ürək və damarlar üçün hər gün 100 qram...

Sağlam ürək və damarlar üçün hər gün 100 qram...
03 2017 11:36

Qanda xolesterolun yüksək səviyyədə olması çox təhlükəlidir. Piyə oxşar maddə olan xolesterol damarların divarlarında yığılaraq onların mənfəzini daraldır, damarları zəiflədir, onların elastikliyini azaldır.
Damarlarda xolesterolun yığılması aterosklerozun inkişafına səbəb olur. Ateroskleroz bütün dünyada ürək-damar sistemi xəstəliklərinin, infarkt və insultun əsas səbəbidir.
Ateroskleroz damarların divarlarını zəif və kövrək edir ki, bu damarların partlamasının riskini artırır. Ürək və beyində iri damarın partlaması infarkt və ya insulta səbəb olur.
Xolesterolla zədələnmiş damarın divarında çat əmələ gələ bilər. Daha sonra çatı bağlamaq üçün burada qan laxtası (tromb) əmələ gəlir. Bu orqanizmin qoruyucu mexanizmidir. Tromb divardan qopa və qan axını ilə hərəkət edərək hər hansı damarı tuta bilər ki, nəticədə bu yerdə qan dövranı kəskin pozulur. Belə vəziyyət ürək və ya beyində inkişaf etdikdə bu infarkt və ya insulta səbəb olacaq.
Aterosklerozla mübarizə etmək üçün həkimlər xəstələrə xüsusi dərmanlar - statinlər təyin edir. Bu dərmanların bir çox yanaşı təsirləri mövcuddur ki, alimlər daim statinlərin təsirinə oxşar təbii vasitələr axtarır.
The Daily Mail xəbər verir ki, Pensilvaniya Universiteti alimlərinin araşdırmaları göstərib ki, hər gün əsas qida qəbulundan sonra 3 unsiya (təxminən 100 qr) araxis yeməklə qanda xolesterolun səviyyəsini və nəticədə aterosklerozun inkişafı riskini azaltmaq mümkündür.
Beləliklə, alimlərin fikrinə görə, araxisin daim istehlakı aterosklerozun inkişafının qarşısını ala bilər.
Onu da nəzərə almaq lazımdır ki, araxıs ən güclü qida allergenlərdən biri sayılır. Bu səbəbdən araxisə allergiyası olan insanlar ondan imtina etməlidir.

8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.