Sadələşdirilmiş vergi üzrə sabit verginin ödənilməsi haqqında ilk qəbz (patent) təqdim edilib

Sadələşdirilmiş vergi üzrə sabit verginin ödənilməsi haqqında ilk qəbz (patent) təqdim edilib
27 2017 17:06

Yanvarın 27-də Vergilər Nazirliyi yanında Bakı şəhər Kiçik Sahibkarlıqla iş Departamentində vergi öhdəliklərini aylıq sabit vergi şəklində ödəyəcək bir qrup vergiödəyicisinə sadələşdirilmiş vergi üzrə sabit verginin ödənilməsi haqqında qəbz (patent) təqdim edilib.

Bu barədə AZƏRTAC-a nazirliyin Media və Kommunikasiya Mərkəzindən bildirilib.

Tədbirdə çıxış edən Vergilər Nazirliyinin Vergiödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamentinin baş direktoru Ələkbər Məmmədov Prezident İlham Əliyev tərəfindən imzalanmış və 2017-ci il yanvarın 1-dən qüvvəyə minən “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanunun milli vergi qanunvericiliyində bir sıra mühüm yeniliklərin tətbiqini nəzərdə tutduğunu, onlardan birinin də fərdi əməklə məşğul olan şəxslərlə bağlı olduğunu söyləyib. Onun sözlərinə görə, belə şəxslər vergi öhdəliklərini aylıq sabit vergi şəklində ödəyəcəklər.

Sabit verginin ödənilməsi ilə bağlı təqdimatla çıxış edən Ə.Məmmədov bildirib ki, sabit vergi fərdi şəkildə fəaliyyət göstərən fiziki şəxsin gəlirindən və dövriyyəsindən asılı olmayaraq, ödədiyi dəyişilməz vergi məbləğidir. Belə şəxslər kiçik həcmdə gəlirlərə malik, muzdlu işçi cəlb etmədən müəyyən fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərdir. Bunlara toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik, fərdi foto, audio-video xidmətləri, çəkməçi, pinəçi, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və nəqqaşlıq emalatxanalarının fəaliyyəti və s. bu qəbildən olan işlərlə məşğul olan şəxslər aiddir.

Qeyd olunub ki, sabit vergiödəyiciləri öz vergi öhdəliklərini sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz almaqla yerinə yetirəcəklər. Bu şəxslərin vergi orqanına hər hansı bəyannamə təqdim etməsi artıq nəzərdə tutulmur.

Sadələşdirilmiş verginin bu qəbildən olan ödəyiciləri üçün sabit vergi mexanizminin tətbiqi fərdi qaydada fəaliyyət göstərən aşağı gəlirli fiziki şəxslərin vergi və inzibati yükünün azaldılmasına, eyni zamanda məşğulluq sahəsində uçot sisteminin dürüstlüyünün təmin edilməsinə xidmət edir.

Təqdimatda həmçinin aylıq sabit verginin məbləği, fəaliyyət göstərilən ərazi üzrə tətbiq olunan əmsallar, sabit verginin ödəyicilərinin qeydiyyata alınması prosedurları, sabit vergi üzrə qəbz almadan fəaliyyət göstərdikdə və nağd pul hesablaşmalarının aparılması qaydalarını pozduqda tətbiq olunan maliyyə sanksiyasının məbləğləri haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, sabit verginin ödəyicisi olan fiziki şəxs, vergi orqanında uçota alınmayıbsa, qeydiyyatda olduğu ərazinin vergi orqanına müraciət etməli və VÖEN almalıdır. Bundan başqa, fiziki şəxs fəaliyyətə başlayanadək vergi orqanından “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”i almalıdır. Bu zaman verginin ödənilməsini təsdiq edən ödəniş sənədi müraciətə əlavə edilməlidir. Qəbz yazılı müraciət edildikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir.

Vergiödəyicilərinin nəzərinə çatdırılıb ki, göstərdikləri işə (xidmətə) görə nağd pul hesablaşmaları apararkən alıcılara ciddi hesabat blankı olan ödənişi təsdiq edən qəbz təqdim etməlidirlər.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.