Bu gün Azərbaycan və ABŞ-ın birgə səyləri nəticəsində Sabirabad rayonunun Məmişlər, Qaralar, Əsədli və Qafarlı kənd sakinləri süd toplama məntəqəsinin inşası müştərək layihənin başa çatmasını qeyd ediblər.
ABŞ-ın Azərbaycandakı Səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), İqtisadiyyat nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri iştirak ediblər. Bu layihə USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib və Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən yerli ÜMİD təşkilatı ilə əməkdaşlıqda icra olunub.
“Amerika Birləşmiş Ştatları Azərbaycanla tərəfdaşlıq etməyə sadiqdir. Birgə işləyərək biz sabitliyə, demokratik tərəqqiyə və iqtisadi firavanlığa nail ola bilərik,” deyə USAID-in Missiya Direktoru xanım Mikaela Meredis qeyd etdi. “ABŞ Beynəlxalq İnkişaf Agentliyinin əsas məqsədi öz problemlərinin həlli yollarını tapmaq üçün Azərbaycan vətəndaşlarını bir araya gətirməkdir. Və yerli sakinlər bunu edə bildikləri üçün özləri ilə fəxr etməlidir. Məhz onların səyləri nəticəsində biz bu gün bu yeni süd toplama məntəqəsinin açılışında iştirak edirik.” O, həmçinin öz həyat şəraitlərini yaxşılaşdırmaq məqsədilə yerli resursları cəlb edə bildikləri üçün icmalara təşəkkür etdi.
Bu yeni tikilmiş məntəqə dörd icmanın toplam 5,300-dən artıq insanın həyat şəraitini yaxşılaşdıracaq və gəlir imkanlarını artıracaq.
Ümumilikdə, EWMI Azərbaycanın 79 icmasında 125,000-dən artıq insanın faydalana biləcəyi 90 icma layihəsi həyata keçirib. USAID-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) proqramı vasitəsilə EWMI rayonlarda sosial-iqtisadi inkişafı artırmaq və həyat səviyyəsini yaxşılaşdırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir.
Bu gün SSRİ Xalq artisti, mərhum müğənni Rəşid Behbudovun anım günüdür.
Azərbaycan bu gün Ukraynaya daha bir humanitar yardım partiyası göndərir.
“2018-2022-ci illər ərzində ölkəmizin qeyri-neft və qaz ixracı həm faktiki qiymətlərlə, həm də real ifadədə artaraq 1,72 milyard dollardan 3,05 milyard dollara çatıb”.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir, müasir standartlara cavab verən yeni inşa edilmiş hərbi obyektlər istifadəyə verilir.