Sabahın havası - paytaxtda yağış, bölgələrdə qar yağacaq

Sabahın havası - paytaxtda yağış, bölgələrdə qar yağacaq
23 Dek 2016 14:57

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, dekabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gözlənilir. Gecə və axşam yarımadanın bəzi yerlərində zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturunun yarımadada gecə 1-4° isti, gündüz 6-9° isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütünundan 768 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 60-65% təşkil edəcək.

Dekabrın 24-də Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi cənub və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.


18 Mar 2025
Cəmiyyət

Şəkidə İlaxır çərşənbə adətləri

Bu gün Azərbaycanda Novruz bayramının dörd çərşənbəsindən sonuncusu - Torpaq çərşənbəsidir.

18 Mar 2025
Cəmiyyət

Sabah Bakıda intensiv yağış yağacaq, güclü külək əsəcək - 19.03.2025

Azərbaycan ərazisində martın 19-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

18 Mar 2025
Cəmiyyət

Suqovuşanda məscid istifadəyə verilib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışında iştirak ediblər.

18 Mar 2025
Cəmiyyət

Şuşada bayram yarmarkası keçirilir (FOTO)

Şuşa sakinləri uzun illərdən sonra baharın gəlişini doğma yurdlarında qarşılayırlar. Novruz bayramı münasibətilə Şuşa şəhərindəki “Güllü bağ”da bayram yarmarkası keçirilir.

18 Mar 2025
Cəmiyyət

Baş nazirdən xüsusi karantin rejimi ilə bağlı QƏRAR

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.