Bu gün qışın daha mülayim hesab edilən böyük çiləsi bitir, sabahdan isə daha soyuq sayılan kiçik çilə başlayır.
AMEA-nın Coğrafiya İnstitutundan Trend-ə bildirilib ki, dekabrın 22-dən başlayaraq yanvarın 30-da başa çatan, təqribən 40 gün davam edən "Böyük çilə" dövründə hava tədricən soyusa da, kəskin soyuqlar müşahidə edilmir. Eyni zamanda, güclü küləklərin intensivliyi də az olur:
"Azərbaycanda qışda ölkə ərazisinə yalnız arktik hava kütlələri daxil olanda hava soyuq keçir. Yanvarın sonunda temperatur bir qədər yüksək olanda havanın atmosfer təzyiqi aşağı düşür. Nəticədə də şimaldan daha soyuq hava kütlələri daxil olur".
İnstitutdan əlavə edilib ki, iyirmi gün davam edən "Kiçik çilə"də isə "Böyük çilə"yə nisbətən hava adətən daha soyuq, sərt olması ilə diqqəti cəlb edir:
"Kiçik çilə"də havanın temperaturu daha kəskin düşür, yağış və qar daha çox yağır. Bəzən elə olur ki, yanvarın sonunda mülayim havada bəzi ağaclar tumurcuqlayır, amma fevralda kəskin soyuq onların hamısını məhv edir".
İnstitutdan o da bildirilib ki, çilələrlə bağlı hər hansı elmi araşdırma aparılmayıb. Bu fikirlər sadəcə, xalq müşahidələrinin nəticələridir.
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutundan Trend-ə verilən məlumata görə, Azərbaycanın bəzi bölgələrində böyük çilədən kiçik çiləyə keçəndə müəyyən mərasimlər təşkil olunur. Belə mərasimlərdən biri "çilə qarpızı" ilə əlaqədardır. Adətə görə, xüsusi yerlərdə yaydan saxlanılan "çilə qarpızları" kəsilir və ailənin bütün üzvləri bu təamdan dadır.
Kiçik çilənin birinci ongünlüyündə isə Xıdır Nəbi bayramı keçirilir:
"Xıdır Nəbi bərəkət rəmzidir. Xalqın istəyi odur ki, qışdan çıxandan sonra yeni il onlar üçün bolluq və bərəkət gətirsin. Ona görə də Xıdır Nəbi bayramında xüsusi mərasimlər keçirilir. Qovurğa qovrulur, qovut çəkilir".
İyunun 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin dəvəti ilə Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Soçiyə işgüzar səfərə gedib.
Bu gün Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasına işgüzar səfəri çərçivəsində Slovakiya Milli Assambleyasının sədri Boris Kollar ilə görüşüb.
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov qardaş Türkiyə Respublikasının yeni daxili işlər naziri Ali Yerlikayaya vəzifəyə təyin olunması münasibətilə təbrik məktubu göndərib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, məktubda A.Yerlikayaya yeni vəzifəsində uğurlar arzulayan K.Heydərov iki ölkənin fövqəladə hallarla mübarizə üzrə müvafiq qurumları arasında mövcud yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin daha da genişlənəcəyinə əminlik ifadə edib.