Sabahdan İslamiadada iştirak edənlər Azərbaycana vizasız gələcəklər

Sabahdan İslamiadada iştirak edənlər Azərbaycana vizasız gələcəklər
31 2017 13:11

Sabahdan IV İslam Həmrəyliyi Oyunlarının təşkilində və keçirilməsində iştirak edən şəxslər, Oyunların iştirakçıları viza almadan Azərbaycana gələ biləcəklər.

REALPRESS.Az xəbər verir ki, APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin “IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” 2 mart 2017-ci il tarixli sərəncamında əksini tapıb. 

Sərəncama əsasən, müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2017-ci il aprelin 1-dən iyulun 1-dək pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında viza almadan Azərbaycana gələ və Azərbaycandan gedə bilərlər.

IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur.


20 İyul 2024
İdman

Azərbaycan 2024-cü il Paralimpiya Oyunlarına daha üç lisenziya qazanıb

Daha üç azərbaycanlı idmançı 2024-cü ildə Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

15 İyul 2024
İdman

Azərbaycan gimnastları Portuqaliyada səkkiz medal qazanıblar

Azərbaycan gimnastları Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə "Scalabis Cup" adlı beynəlxalq yarışda 6 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

12 İyul 2024
İdman

Yığmamız Portuqaliyaya qarşı

Bu gün 20 yaşadək basketbolçu oğlanlar arasında Avropa çempionatının B divizionunda mübarizəyə start veriləcək.

11 İyul 2024
İdman

Azərbaycan millisi qrupdakı son matçında da qələbə qazanıb

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda qrupdakı son matçını keçirib.

11 İyul 2024
İdman

Azərbaycanın stolüstü tennisçiləri Avropa çempionatında mübarizə aparacaq

Azərbaycanın yeniyetmə stolüstü tennisçilərdən ibarət millisi növbəti Avropa çempionatında mübarizə aparacaq.