Yanvarın 4-də Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 1-4° isti, gündüz 7-12° isti, Bakıda gecə 1-3° isti, gündüz 9-11° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 80-90 %, gündüz 55-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
İqtisadiyyat Nazirliyinin işçilərinin say həddi cəmi 5 332-dən 5 402-yə çatdırılıb.
Azərbaycan mədəniyyət naziri Adil Kərimli martın 19-da bir qrup vətəndaşın müraciətlərini dinləyib.
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 3-ü saat 14:00-da vətəndaş qəbulu keçirəcək.