Sabah türk lirəsi ilə bağlı kritik qərar açıqlanacaq

Sabah türk lirəsi ilə bağlı kritik qərar açıqlanacaq
19 Dek 2016 17:30

ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırandan sonra Türkiyə Mərkəzi Bankının (TCMB) sabah, dekabrın 20-də keçiriləcək iclasında qəbul olunacaq qərar maliyyə bazarlarının diqqət mərkəzindədir. 

REALPRESS.Az-ın məlumatına görə, “Report”un “Hürriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, maliyyə bazarları TCMB-nin uçot dərəcəsini 0,25 faiz bəndi, faiz dəhlizinin üst həddini isə 0,5 faiz bəndi artıracağını proqnozlaşdırır. 

Lakin Mərkəzi Bankın faizləri sabit tutaraq maliyyə bazarlarının reaksiyasını yoxlayacağı fikrini də irəli sürən analitiklər az deyil. Xatırladaq ki, uçot dərəcəsi faizi dedikdə, Türkiyədə 1 həftəlik REPO faizləri əsas götürülür.

Qeyd edək ki, bu, TCMB-nin 2016-cı ildə sonuncu iclası olacaq. Noyabrın 24-də keçirilən əvvəlki iclasda TCMB faiz dəhlizinin üst həddini 0,25 faiz bəndi artıraraq 8,5%-ə, uçot dərəcəsi və ya 7 günlük REPO faizlərini isə 0,5 faiz bəndi artıraraq 8%-yüksəldib.

“Report”un analitik qrupu TCMB-nin sabahkı iclasda faizləri artıracağı təqdirdə, dolların məzənnəsinin 3,40 TRY/USD-yə qədər geriləyəcəyini bildirir. 

Əks halda, dolların məzənnəsi tarixi rekord səviyyə olan 3,60 TRY/USD-ni keçə bilər. Belə ki, növbəti iclasın nə vaxt keçiriləcəyi ilə bağlı məlumat yoxdur.

TCMB-nin pul siyasəti iclaslarının 2017-ci ildən etibarən ildə 8 dəfə keçirilməsini nəzərdə tutan dəyişiklik dekabrın 16-da parlamentə təqdim edilib. Buna qədər TCMB pul siyasəti iclaslarını ayda bir dəfə keçirirdi.


23 Yan 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artıb” - FOTO

“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.

16 Yan 2023
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

6 Yan 2023
İqtisadiyyat

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət"də dəyişdirə biləcək

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.

6 Yan 2023
İqtisadiyyat

Özbəkistan “Bakı Limanı”nın imkanlarından istifadə etməyi planlaşdırır

Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.

6 Yan 2023
İqtisadiyyat

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 6 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.