Sabah respublikanın bəzi yerlərində qar yağacaq

Sabah respublikanın bəzi yerlərində qar yağacaq
20 2017 14:54

Yanvarın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə arabir qar yağacağı, duman olacağı gözlənilir. Hava gündüz əsasən yağmursuz keçəcək, qərb küləyi əsəcək. Temperaturun gecə 12-17° şaxta, gündüz 1-6° şaxta olacağı ehtimalı var.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə qar yağacağı, duman olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-7° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək.

Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-7° isti olacağı ehtimalı var.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir qar yağacağı, havanın gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti olacağı ehtimalı var.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Dağlarda duman olacaq, şərq küləyi əsəcək. Temperaturun gecə 0-3° isti, gündüz 5-7° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.


7 Fev 2025
Cəmiyyət

Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkar edilib

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

7 Fev 2025
Cəmiyyət

Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Elşad Tağıyev dəfn edilib

İmişli rayonunda naməlum əsgərlərin məzarlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elşad Qubad oğlu Tağıyevin meyitinin qalıqları Salyan rayonuna gətirilib.

7 Fev 2025
Cəmiyyət

Sabah qar yağacaq, yollar buz bağlayacaq - 08.02.2025

Azərbaycan ərazisində fevralın 8-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

7 Fev 2025
Cəmiyyət

Bu gün daha altı güləşçimiz Xorvatiyada keçirilən beynəlxalq turnirdə mübarizəyə qoşulacaq

Xorvatiyanın Zaqreb şəhərində keçirilən ilin ilk reytinqli turnirində bu gün Azərbaycanın daha altı güləşçisi mübarizəyə start verəcək.

7 Fev 2025
Cəmiyyət

Dünya bazarlarında Azərbaycan nefti bahalaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.