Sabah ölkə ərazisində yağış və qar yağacaq

Sabah ölkə ərazisində yağış və qar yağacaq
13 Dek 2016 14:49

Azərbaycanda dekabrın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, gün ərzində arabir yağış yağacağı gözlənilir. Axşam sulu qara, qara keçəcəyi, çovğun olacağı ehtimalı var. Temperaturun anomal gedişi gözlənilir. Belə ki, gecə və səhər 5-7°, gündüz 1-4° isti olacaq.

Dekabrın 14-15-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda soyuq diskomfortlu və yağıntılı hava şəraiti meteohəssas insanlar üçün çox əlverişsizdir. Uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Naxçıvan Muxtar Respublikasında arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, dağlıq ərazilərdə 5-10° şaxta, gündüz 3-8° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə və gündüz 3 şaxtadan 2°-dək isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə və gündüz 0-5° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə və gündüz 3 şaxtadan 2°-dək isti, dağlarda gecə 6-10° şaxta, gündüz 0-5° isti təşkil edəcək.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gündüz yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə və gündüz 3-8° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gündüz yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal şərq küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 4-9° isti, dağlarda gecə 3-8° isti, gündüz 0-3° isti təşkil edəcək.


24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.