Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, dekabrın 13-də saat 10:00-dan 18:00-a qədər “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Nardaran” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində aparılan işlərin Bakı şəhəri Sabunçu rayonunun Maştağa qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.
2020-ci ildə Azərbaycanın Gürcüstan iqtisadiyyatındakı payı açıqlanıb.
Yunanıstan və Bolqarıstanın milli qaz sistemləri arasında əlaqələndirici funksiyanı icra edən IGB təbii qaz kəməri layihəsi ilə bağlı saziş Yunanıstan parlamentində müzakirəyə çıxarılıb.
18 yanvar 2021-ci ildə Azərbaycan Respublikasının Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Komissiyasının 14-cü iclasında iştirak etmək məqsədilə İran İslam Respublikasına səfər edib.