Sabah Donald Trampın Almaniya, Fransa və Rusiya liderləri ilə telefon danışığı olacaq

Sabah Donald Trampın Almaniya, Fransa və Rusiya liderləri ilə telefon danışığı olacaq
28 2017 11:51

ABŞ Prezidenti Donald Tramp yanvarın 28-də telefon vasitəsilə Almaniya kansleri Angela Merkel, Fransa Prezidenti Fransua Olland və Rusiya Prezidenti Vladimir Putinlə danışacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Şon Spayser məlumat verib. Bir qədər əvvəl ABŞ Prezidentinin müşaviri Kelliann Konuey CBS telekanalına müsahibəsində Donald Trampın telefon danışığı zamanı Vladimir Putinlə “radikal İslam terrorizminə” qarşı mübarizəni, həmçinin bir sıra digər məsələləri müzakirə edəcəyini deyib.

Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov da Vladimir Putin və Donald Tramp arasında şənbə günü telefon danışığı olacağını təsdiqləyib. Onun sözlərinə görə, prezidentlər ikitərəfli münasibətlərin mövcud vəziyyəti ilə bağlı əsas parametrlər üzrə fikir mübadiləsi aparacaqlar.


11 Apr 2026
Dünya

Çad 1,3 milyon sudanlı qaçqına ev sahibliyi edir

Sudanda döyüşlər davam etdiyi üçün Çad hazırda 1,3 milyon sudanlı qaçqına ev sahibliyi edir.

11 Apr 2026
Dünya

Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.

11 Apr 2026
Dünya

Rusiya FHN: Dağıstanda 760-dan çox ev su altındadır

Dağıstanın (Rusiya) doqquz yaşayış məntəqəsində 760-dan çox ev su altındadır.

11 Apr 2026
Dünya

Avropada qazın qiyməti aşağı düşüb

Avropada qazın dəyəri 5 faiz azalma göstərib.

11 Apr 2026
Dünya

Həftəlik göstəricilər: Dollar sabit, digər valyutalar yüksəlişdə

Manatın ABŞ dollarına nisbətdə məzənnəsi bu həftə dəyişməz qalıb.