Sabah Azərbaycanda yağış, qar yağacaq - XƏBƏRDARLIQ

Sabah Azərbaycanda yağış, qar yağacaq - XƏBƏRDARLIQ
03 2017 14:52

Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər zəif duman olacaq. Cənub küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə 4-7° isti, gündüz 10-15° isti, Bakıda gecə 5-7° isti, gündüz  13-15° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85%, gündüz 55-65% təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 4-ü gündüzdən 6-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° enəcək.


18 Mar 2023
Cəmiyyət

B12 vitamini ilə zəngin qidalar – SİYAHI

Vitamin B12 elə bir vitamindir ki, bədən onu istehsal edə bilmir. 

18 Mar 2023
Cəmiyyət

Quru Qoşunlarında hərbiləşdirilmiş kros birinciliyi keçirilib - FOTO

2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının hərbi hissə və birləşmələri arasında hərbiləşdirilmiş kros birinciliyi keçirilib.

18 Mar 2023
Cəmiyyət

FHN: Ötən sutka 38 yanğına çıxış olub, 5 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

18 Mar 2023
Cəmiyyət

Slovakiya Ukraynaya 13 ədəd “MiQ-29” bağışlayıb

Slovakiya və Ukrayna “MiQ-29” qırıcılarının Kiyevə təhvil verilməsi haqqında saziş imzalayıb.