SSRİ 1960-cı ildə çəkdiyi slaydfilmlə 2017-ci ili qabaqcadan xəbər verib. Hətta film müəllifləri "Skype" və Arktikada müasir şəhər haqqında danışır, lakin Berinq boğazında atom qatarlarının getməsinin mümkün olmadığını vurğulayır.
REALPRESS.Az publika.az-a istinadən bildirir ki, bu nadir slaydfilm hissələri internetdə yalnız 2017-ci il ərəfəsindən yayılıb. Onları Peterburq sakini Serqey Pozdnyakov sosial şəbəkədə öz səhifəsində paylaşıb. Filmdə Sovet İttifaqı dağılıb və hadisələrin 2017-ci ildə cərəyan etdiyi göstərilir.
S.Pozdnyakov bu slaydları bir neçə ay əvvəl əldə etdiyini, valideynlərinin və uşaqlarının çox bəyəndiyini yazır.
Filmdə hadisələr 2017-ci il coğrafiya dərsində baş verir. Şagirdlərə Berinq boğazında atom qatarının və yeraltı "köstəbək" qayıqların hərəkəti göstərilir. Növbəti gün, müəllim şagirdləri ilə birlikdə yeraltı şəhər Uqleqrada yola düşür.
Növbəti slaydlarda məktəbli İqorun səfərə necə hazırlanmasının şahidi oluruq. O, mətbəx robotuna getdiyini deyir, anası ilə videogörüntü vasitəsilə söhbət edir. Bu danışıq bizə müasir "Skype"ı xatırladır.
Yarım saat sonra isə Moskva məktəblilərinin Arktikada olduğunu görürük. Hansı ki, Uqleqrad burada yerləşir. Növbəti slaydda isə məlum olur ki,"imperialistlər, uzaq adada gizləniblər" qadağan edilmiş "Meson" silahını sınaqdan keçirmək istəyirlər. Lakin havadan idarə edilən sovet uçan gəmisi hamını xilas edir.
Düzdür, filmdə müəyyən fantastik məqamlar var. Lakin Qütb regionunun inkişafı bu gün də Rusiya üçün əhəmiyyətli strateji məsələdir.
Uqleqradda yerin altına səyahət hələ ki, mümkün deyil. Lakin ərazidə qazın çıxarılması üçün stansiyaların tikilməsi, Arktikada tədqiqat ekspedisiyasının işləməsi və bir çox məqamlar da danılmazdır.
Bəlkə də, indi baxıb inanmadığımız kadrlar 2017-ci ildən sonra həyata keçəcək.
İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində noyabrın 6-da Laçında könüllü qanvermə aksiyası keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları 8 Noyabr - Zəfər Günü ilə əlaqədar ağacəkmə kampaniyası keçiriblər.
Füzuli şəhərində Qarabağ Dirçəliş Fondunun sifarişi ilə 25 hektar ərazidə böyük bir Mərkəzi Park salınacaq.
Yaxın gələcəkdə bulvarın uzunluğunun 25 kilometrə çatdırılması nəzərdə tutulur.
Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncə Regional Mərkəzi Tovuz rayonunda "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks mülki müdafiə təlimi keçirib.