SOCAR: Son illərdə estakadaların istismarı tədricən məhdudlaşdırılmağa başlanıb

SOCAR: Son illərdə estakadaların istismarı tədricən məhdudlaşdırılmağa başlanıb
17 2017 09:43

SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifovun rəhbərliyi ilə fəaliyyət göstərən işçi heyət N.Nərimanov və Neft Daşları Neft-Qaz Çıxarma İdarələrinin dəniz özüllərində olub.

SOCAR-dan Trend-ə verilən məlumata görə, idarələrin istismarında olan “Bulla-dəniz” və “Neft daşları” yataqlarında istehsalat obyektlərinə baxışlar keçirilib, infrastrukturların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm qərarlar verilib, işçilərin daha təhlükəsiz meydança və özüllərdə yerləşdirilməsi üçün tədbirlər planı hazırlanıb. Keçirilmiş baxış və səyyar müşavirələrdə dəniz özüllərinin, qəza riskli estakadayanı meydançaların, hidrotexniki qurğu və kommunikasiya qovşaqlarının mövcud vəziyyəti ətraflı müzakirə olunub, əmək təhlükəsizliyinin daha etibarlı təminatı üçün zəruri tədbirlərin gücləndirilməsi və mövcud nöqsanların aradan qaldırılması yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.

İşçi heyətin üzvləri, eyni zamanda, “Neft Daşları” yatağında tikintisi başa çatdırılmış 2A saylı İriləşdirilmiş Neftyığma Məntəqəsi ilə tanış olub, “Bulla-dəniz” yatağının 6 saylı özülündə qazılmaqda olan 78 nömrəli quyuda qazma işlərinin keyfiyyəti və özüldə təhlükəsizliyin təmin olunmasına nəzarət məsələləri ilə maraqlanıblar.

SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Y.Lətifovun, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərovun, SOCAR-ın Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəisi Rüfət Səfərovun, eləcə də aidiyyəti mütəxəssislərin iştirakı ilə keçirilmiş müşavirə zamanı dəniz özüllərində neftyığma məntəqələrinə birləşən və istismar olunmayan estakadaların kəsilərək, məntəqələrdən ayrılması; qəza riski müəyyən edilmiş meydançalardan işçi personalın ən qısa zamanda tam çıxarılması; yenilənməsi nəzərdə tutulan qazyığma məntəqəsində işçi sayının minimallaşdırılması; meydançalara gələn sualtı xətlərin dik borularının kəsilərək, suyun altında birləşdirilməsi; yığım-nəql xətlərinin bərkidilməsi, habelə neft-qazyığma məntəqələrində təmir işlərinin sürətləndirilməsi qərara alınmış, müvafiq tapşırıqlar verilib. İşçilərin təhlükəsizliyinin SOCAR üçün ən yüksək prioritet olduğu, təhlükəsizliyin təminatı məqsədilə tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyi bir daha vurğulanıb. Müşavirədən dərhal sonra təhlükəsizliyin gücləndiriməsi üzrə tədbirlər planının həyata keçirilməsinə start verilib.

Ümumiyyətlə, estakadalar şəbəkəsinin səmərəsizliyini və qəza riskini nəzərə alaraq, son illərdə estakadaların istismarı tədricən məhdudlaşdırılmağa başlanıb. 2014-cü ildən bəri istifadəyə tam yararsız olan estakadalar istismardan çıxarılaraq, yalnız işlək olan neftyığma məntəqələrindən istifadə edilirdi. Təhlükəsizliyin təmin olunması üçün qəza riskli estakadaların istismardan çıxarılması, neftyığma məntəqələrinin isə bərkidilməsi həyata keçirilirdi.

Xatırladaq ki, dekabrın 15-də N.Nərimanov adına NQÇİ-nin 3 saylı neftyığma məntəqəsində istismar olunmayan estakadanın bir hissəsi güclü tufan nəticəsində uçaraq işlək neftyığma məntəqəsini də dənizə uçurmuşdu. Odur ki, istismar olunmayan estakadaların işlək olan neftyığma məntəqələrindən kəsilərək, tam ayrılması təhlükəsizliyin gücləndirilməsi məqsədilə əlavə tədbir kimi nəzərdə tutulub və bu istiqamətdə aparılan işlərin icrası ilə bağlı xüsusi tapşırıqlar verilib.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.