SOCAR istiqrazlarının satışında rekord rəqəmlər açıqlandı

SOCAR istiqrazlarının satışında rekord rəqəmlər açıqlandı
09 2017 11:34

SOCAR istiqrazlarının təkrar bazarında market-meyker fəaliyyətini həyata keçirən PSG kapital şirkəti yanvar ayının nəticələrini açıqlayıb.

PSG-dən Trend-ə verilən məlumata görə, istiqrazlara yalnız yeni müştərilərin marağı artmayıb. İndiyədək istiqraz sahibi olanlar da yenidən qiymətli kağızlar əldə etməyə başlayıblar.

SOCAR istiqrazlarının dörviyyəyə buraxılmasından keçən 3 ay ərzində hər iki istiqrazdan biri təkrar bazarda alınıb-satılıb. Belə ki, bu müddətdə SOCAR istiqrazları üzrə təkrar bazarda 50 milyon dollardan artıq alqı-satqı həyata keçirilib. Təkcə yanvar ayında 16,5 milyon dollarlıq SOCAR istiqrazlarının alqı-satqısı üzrə 82 əqd bağlanıb. SOCAR istiqrazlarının ticarətində marketmeyker fəaliyyətini həyata keçirən “PSG Kapital İnvestisiya Şirkəti”nin məlumatına görə, istiqraz alanların 72%-nı yeni müştərilər təşkil edib. 28% insanlar isə artıq istiqrazı olanlardır ki, onlar yeni kağızlar əldə ediblər.

PSG kapital şirkətinin nümayəndəsi İkram Səfərəliyev bildirib ki, SOCAR istiqrazları üzrə ilk faiz ödənişindən sonra istiqrazlara müştərilərin marağı daha da artıb.

SOCAR istiqrazları üzrə ilk faiz ödənişi yanvarın 17-də aş tutub və istiqraz sahiblərinə ümumilikdıə 1,25 milyon dollarlıq vəsait ödənilib. İlk faiz ödənişlərindən sonra istiqrazlara maraq daha da artıb. Xüsusilə fiziki şəxslərin istiqrazlara marağı daha da artıb. Ümumilikdə bu il ərzində 16,5 milyon dollar həcmində alqı-satqı əməliyyatı baş tutub.

Yanvarda istiqraz almaq istəyən əcnəbilərin sayında da artım müşahidə olunub. SOCAR istiqrazlarının təkrar bazarında əsasən Rusiya, Ukrayna, Türkiyə və Gürcüstan vətəndaşları aktivlik göstəriblər.

Xatırladaq ki, Dövlət Neft Şirkətinın (SOCAR) daxili bazar üçün nəzərdə tutulmuş SOCAR istiqrazları 2016-cı ilin oktyabrında buraxılıb. İstiqrazlar 100 milyon dollar həcmində, 5 illik müddətə və illik 5% gəlirliklə emissiya edilib. İlkin olaraq abunə yazılışı yolu ilə satılan istiqrazlara investorlar tərəfindən tələbat 2 dəfə artıq olub. Təkrar bazarda SOCAR istiqrazlarının market-meykeri olaraq "PSG Capital" şirkəti çıxış edir.

Oktyabr ayının 17-dən isə SOCAR istiqrazlarının təkrar bazarda dövriyyəsinə başlanıb. Faiz ödənişləri ildə 4 dəfə həyata keçiriləcək. İlk faiz ödənişi 17 yanvar 2017-cı ildə həyata keçirilib.


23 Yan 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artıb” - FOTO

“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.

16 Yan 2023
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

6 Yan 2023
İqtisadiyyat

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət"də dəyişdirə biləcək

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.

6 Yan 2023
İqtisadiyyat

Özbəkistan “Bakı Limanı”nın imkanlarından istifadə etməyi planlaşdırır

Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.

6 Yan 2023
İqtisadiyyat

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 6 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.