SOCAR-ın idarələrinin ərazisindəki 85 mindən çox müxtəlif növ ağaca aqrotexniki xidmət göstərilir

SOCAR-ın idarələrinin ərazisindəki 85 mindən çox müxtəlif növ ağaca aqrotexniki xidmət göstərilir
28 2017 15:02

“Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Torpaqların Rekultivasiyası Departamenti (TRD) SOCAR-ın idarələrinin ərazisindəki 85 min 500-dən çox müxtəlif növ ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərir.

QSC-dən AZƏRTAC-a bildirilib ki, TRD neft sənayesi sahələrində neftlə çirklənmiş torpaqların təmizlənməsini, reabilitasiya olunmuş ərazilərdə yaşıllıqların salınmasını, bitkilərə aqrotexniki xidmətlərin göstərilməsini və landşaftın bərpasını həyata keçirir. Departament tərəfindən 2016-cı ilin IV rübündə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) neft və qazçıxarma idarələrinin (NQÇİ) reabilitasiya olunmuş mədən ərazilərindəki yaşıllıq sahələrində bitkilərə aqrotexniki xidmətlərin göstərilməsi işlərini yüksək səviyyədə yerinə yetirilib. Hazırda, TRD SOCAR-ın Qaz Emalı Zavodunun ərazisində 11 min 877 ədəd, “Azneft” İB-nin “BibiHeybətneft” NQÇİ-nin mədən ərazisində 51 min 130 ədəd, “Abşeronneft” NQÇİ-nin mədən ərazisində (Pirallahı) 13 min 524 ədəd, H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisində (Qala) 4 min 420 ədəd, departamentin inzibati binasının ərazisində (A-4 Zığ sahəsi) isə 4 min 553 ədəd müxtəlif növ ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərir. Ötən ilin yaz, payız və qış mövsümlərində xidmət göstərilən yaşıllıq sahələrindəki bitkilərə lazım olan ehtiyat qida maddələri, üzvi və mineral gübrələr, münbit torpaq, peyin və su ilə mütəmadi olaraq təmin olunub, budanıb, quruyan ağaclar yenisi ilə əvəz edilib.

Yaşıllıq sahələrinin bərpası məqsədilə, ting ehtiyatının artırılması üçün “Azneft” İB-nin “BibiHeybətneft” NQÇİ-nin mədən ərazisində fəaliyyət göstərən TRD-nin 2-ci sahəsində 2013-cü ildə tikilib istifadəyə verilmiş 320 kvadratmetrlik istixanada akasiya, həmişəyaşıl oleandr, iydə, Eldar şamı, sərv, zeytun və sair ağacların toxumları əkilərək aqrotexniki xidmətlər göstərilib.


15 İyul 2025
Cəmiyyət

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

15 İyul 2025
Cəmiyyət

Ağdamın daha iki kəndində TİKİNTİ BAŞLAYIR

"Gələn ilin sonuna kimi Ağdamın daha iki kəndində bərpa işləri aparılaraq əhalinin köçü təmin ediləcək".

15 İyul 2025
Cəmiyyət

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan kitab gürcü dilində nəşr olunub

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan kitab gürcü dilində nəşr olunub.

15 İyul 2025
Cəmiyyət

Cəlilabadda meşədə yanğın başlayıb

Cəlilabad rayonunun Zopun kəndi ərazisində meşəlik ərazidə yanğın başlayıb.