SOCAR-ın “Ətraf mühitin mühafizəsi üzrə 2017-ci ilin Tədbirlər Planı”na uyğun olaraq aprelin 8-də şirkətin idarə və müəssisələrində ənənəvi yaz iməciliklərinə başlanılıb.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın rəhbərliyinin nümayəndələri, baş ofisin əməkdaşları “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” neft və qazçıxarma idarəsində (NQÇİ) keçirilən iməcilikdə iştirak ediblər. Bildirilib ki, “Azneft” İB-nin tərkibində fəaliyyət göstərən neft və qazçıxarma idarələri, “Azəriqaz” İstehsalat Birliyinin qaz istismar sahələri, “Azərikimya” İstehsalat Birliyinin zavodları, Qaz İxrac İdarəsi, “Neftqaztikinti” Tresti, Neft Kəmərləri İdarəsinin müəssisə və istehsalat bölümləri, Heydər Əliyev adına Neft Emalı Zavodu və Qaz Emalı zavodu, Geofizika və Geologiya, Marketinq və İqtisadi Əməliyyatlar, Təlim, Tədris və Sertifikatlaşdırma, Nəqliyyat və Sosial İnkişaf idarələri, eləcə də “Neftqazelmitədqiqatlayihə” institutu və şirkətin digər istehsalat kollektivləri bu ilin ağacəkmə kampaniyasına öz müəssisələrinin ərazilərində keçirilən iməciliklərdə start veriblər.
SOCAR-ın təxminən 14 min əməkdaşının iştirak etdiyi iməcilikdə 7 min 500 ağac və gül kolu əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilmiş, sahələr alaq otlarından təmizlənib. Əkilən ağacların arasında ərazinin təbii xüsusiyyətlərinə uyğun olan bitkilərə - şam ağacı, çinar, Avropa zeytunu, adi zeytun, Eldar şamı, eləcə də qızılgül və digər növ dekorativ gül kollarına üstünlük verilib.
Ümumilikdə, bu aprel ayı ərzində SOCAR-ın idarə və müəssisələrinin ərazilərində keçiriləcək iməciliklərdə 14 min 515 ağac və gül kolunun əkilməsi planlaşdırılır.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.