SOCAR-ın Ekologiya İdarəsi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi Əməkdaşlıq Sazişi imzalayıblar

SOCAR-ın Ekologiya İdarəsi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi Əməkdaşlıq Sazişi imzalayıblar
01 2017 17:39

Ekoloji maarifləndirmə və təbliğat işlərində auditoriyanın genişləndirilməsi, keçirilən tədbirlərin daha sistemli, effektiv və davamlı təşkili zərurəti nəzərə alınaraq, SOCAR-ın Ekologiya İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) arasında ekoloji maarifləndirmə sahəsində Əməkdaşlıq Sazişi imzalanıb.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sazişə əsasən, “Təhsili dəyərə çevirək” devizi altında “Ekologiya və sağlamlıq” istiqamətində müxtəlif layihələrin şirkətin Ekologiya İdarəsi ilə birlikdə həyata keçirilməsi nəzərdə tutulur. Ekologiya İdarəsinin əməkdaşları həmçinin məktəbyanı sahələrin yaşıllaşdırılmasında, şagirdlərə seleksiya və calaqetmə vərdişlərinin aşılanmasında, canlı guşələrin və məktəb oranjereyalarının yaradılmasında köməklik göstərəcək.

SOCAR-ın “Ekoloji təbliğat və maarifləndirməyə dair 2016-2017-ci illər üzrə Tədbirlər Planı”na uyğun olaraq Ekologiya İdarəsi gənclərin ekoloji təhsili və hazırlığının artırılması üçün müxtəlif olimpiadalar, intellektual müsabiqə və yarışmalar, ekskursiyalar, ekoloji maarifləndirməyə xidmət edən digər çoxsaylı tədbirlər keçirir.


23 Yan 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artıb” - FOTO

“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.

16 Yan 2023
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

6 Yan 2023
İqtisadiyyat

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət"də dəyişdirə biləcək

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.

6 Yan 2023
İqtisadiyyat

Özbəkistan “Bakı Limanı”nın imkanlarından istifadə etməyi planlaşdırır

Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.

6 Yan 2023
İqtisadiyyat

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 6 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.