SOCAR-da təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi diqqət mərkəzindədir.
AZƏRTAC SOCAR-a istinadla xəbər verir ki, şirkətdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi ilə bağlı növbəti müşavirə baş tutub. Bu çərçivədə “Azneft” İstehsalat Birliyinə (İB) aid 7 nömrəli dərin dəniz özülündə şirkətin məsul şəxsləri tərəfindən mövcud quyuların, separasiya və qazma avadanlıqlarının yerləşdiyi sahələrə baxış keçirilib. Özüldə quraşdırılmış köpüklə avtomatik yanğınsöndürmə sisteminin lazımi avadanlıqlarla təmin olunması üçün müvafiq göstərişlər verilib. Habelə 14 nömrəli dərin dəniz özülündə həyata keçirilən işlər araşdırılıb, işçilərin təhlükəsizliyinin tam təmin olunmasının vacibliyi vurğulanıb.
İndiyədək görülən təhlükəsizlik tədbirləri hazırda daha intensiv hal alaraq bütün bölmə, struktur, özül və estakadalarda tətbiq olunur və bu kimi tədbirlər bundan sonra da davamlı olaraq həyata keçiriləcək.
2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib.
2021-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16 879,3 milyon manatlıq əməliyyat aparılıb.