SOCAR-da Fasiləsiz Təkmilləşdirmə Sistemi tətbiq olunur

SOCAR-da Fasiləsiz Təkmilləşdirmə Sistemi tətbiq olunur
10 2017 15:50

 SOCAR-da qənaətcil istehsala əsaslanan və şirkətin fəaliyyətinin yaxşılaşdırılması üçün ideyaların verilməsi üzrə mütəşəkkil prosesi (iqtisadi səmərənin əldə edilməsi, əmək təhlükəsizliyi səviyyəsinin artırılması, ekoloji effektivlik və s.) əhatə edən Fasiləsiz Təkmilləşdirmə Sisteminin (FTS) tətbiqi sürətlənib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, bu məqsədlə “Ernst&Young” konsaltinq şirkətinin əməkdaşlarının iştirakı ilə yeni prosesin əməliyyat modeli və reqlamenti hazırlanıb. Vəzifəsindən asılı olmayaraq SOCAR-ın bütün əməkdaşları bu prosesdə iştirak edə bilərlər.

SOCAR prezidentinin əmrinə əsasən, aprelin 3-dən FTS “Azneft” İB, “Azəriqaz” İB, “Azərikimya” İB, Geofizika və Geologiya İdarəsi, Neft Kəmərləri İdarəsi, Qaz ixrac İdarəsi, Kompleks qazma işləri Tresti, “Neftqaztikinti” Tresti, Heydər Əliyev adına Neft Emalı Zavodu və Qaz Emalı Zavodunda tətbiq olunur. İrəli sürülən ideyaların təhlili məqsədi ilə 11 müəssisədə işçi və ekspert qrupları yaradılıb. Texniki Şura tərəfindən qəbul olunacaq ideyaların müəllifləri əldə ediləcək faktiki iqtisadi səmərəyə müvafiq olaraq mükafatlandırılacaqlar.

Qeyd edək ki, 2016-cı ilin dekabrında Nəqliyyat Departamentində FTS-nin tətbiqi üzrə pilot layihə reallaşdırılıb, müəssisənin əməkdaşları prosesə yüksək maraq göstəriblər. İki həftə ərzində 12 təklif verilib, bu təkliflərdən 3-ü ekspert qrupunun müzakirəsinə çıxarılıb, 1 təklif isə Texniki Şuranın qərarı ilə həyata keçirilib. Nəqliyyat Departamentinin ən çox xərc tələb edən sahələrindən olan avtomobil şinləri üzrə məsrəflərin azaldılmasına yönəlmiş bu təklifin müəllifləri - texniki şöbənin əməkdaşları Vüqar Səfərov və Toğrul Allahverdiyev mükafatlandırılıb.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.