SOCAR tərəfindən 2017-ci ilin mart ayında dövlət büdcəsinə 133 mln. 985 min manat vəsait ödənilib. SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2016-cı ilin mart ayı ilə müqayisədə 24 mln. 737 min manat və ya 22,6% çoxdur.
Ümumiyyətlə, cari ilin yanvar-mart aylarında büdcəyə 396 mln. 643 min manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 71 mln. 513 min manat və ya 22% çoxdur.
Bundan əlavə, 2017-ci ilin mart ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 11 mln. 105 min manat vəsait köçürüb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 185 min manat və ya 1,7% çoxdur. Cari ilin yanvar-mart aylarında SOCAR tərəfindən Fonda ödəniş 36 mln. 268 min manat təşkil edib ki, bu da 2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə 4 mln. 298 min manat və ya 13,4% çoxdur.
2021-ci ilin mart aylarında Azərbaycanın xam neft və neft məhsulları İtaliya, Hindistan, İspaniya, İsrail, Böyük Britaniya, Belarus və Türkiyəyə ixrac olunub.
Azərbaycan Mərkəzi Bankı 19 aprel tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb olunduğu aşkar edilib.
Bütün dünyada koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatlarına mənfi təsirləri, kapital qoyuluşunun kəskin azalması, maliyyə çətinlikləri fonunda neft-qaz yataqlarının axtarış-kəşfiyyatı, işlənməsi istiqamətində uzun illik tarixə və zəngin təcrübəyə malik olan SOCAR-ın “Azneft” İstehsalat Birliyində (İB) itkilər minimuma endirilib, bir çox sahələrdə gəlirlilik təmin olunub.