Şotlandiya parlamenti Xocalı soyqırımını tanıdı

Şotlandiya parlamenti Xocalı soyqırımını tanıdı
23 2017 09:09


Şotlandiya parlamenti Xocalı soyqırımına siyasi qiymət verib. APA TV-nin məlumatına görə, Xocalı soyqırımının 25 illiyi ərəfəsində həmin qanlı qırğına siyasi qiymət verilməsi haqqında Qətnamənin mətni parlamentin saytında yerləşdirilib. Şotlandiya parlamenti üzvlərinin mütləq əksəriyyəti öz adlarını Qətnamə Layihəsinin mətninə əlavə etməklə təklif olunan sənədin qəbul edilməsinə dəstək veriblər.

Qətnamədə Azərbaycan ilə Şotlandiya arasında qarşılıqlı dostluq və faydalı əməkdaşlıq münasibətlərinin mövcud olduğu vurğulanmaqla bərabər, ötən əsrin 90-cı illərində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində həyata keçirilmiş işğal faktı qətiyyətlə pislənilir, Xocalıda baş verən qanlı hadisələr isə Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı soyqırımı kimi tanınır. Parlament üzvlərinin 80 faizinin tərəfdar çıxdığı Qətnamədə Xocalı soyqırımını törədənlərin hərəkətləri müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilir, gələcəkdə bu cür hadisələrin dünyanın heç bir yerində baş verməməsi üçün belə bir Qətnamənin qəbul olunmasının zəruriliyi qeyd olunur.

Sənəddə, həmçinin BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş 4 qətnaməyə məhəl qoymayan Ermənistanın Azərbaycan ərazilərinin 20 faizinin hələ də işğal altında saxladığı vurğulanır, münaqişənin beynəlxalq hüquq normaları əsasında həll edilməsinə dəstək ifadə olunur.



16 Apr 2024
Siyasət

Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Füzuli şəhərinə növbəti mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib.

16 Apr 2024
Siyasət

Prezident: “Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək”

“Qarabağ və Şərqi Zəngəzur torpaqlarında ən müasir texnologiyaların tətbiqi nəticəsində həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq”.

16 Apr 2024
Siyasət

Prezident: “Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq”

“Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində biz bu gün öz su mənbələrimizə tam sahib olmuşuq”.

16 Apr 2024
Siyasət

Prezident İlham Əliyev: “Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır”

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi barədə danışıb.

16 Apr 2024
Siyasət

Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiqlənib

Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiqlənib.