Şimali Koreya qitələrarası ballistik raketlə dünyaya güc göstərir

Şimali Koreya qitələrarası ballistik raketlə dünyaya güc göstərir
28 2017 13:00

Martın 24-də Şimali Koreya qitələrarası ballistik raketin mühərrikini sınaqdan keçirib.
 
APA-nın məlumatına görə, bu barədə CNN telekanalı ABŞ ordusundakı mənbələrə istinadən xəbər verib.
 
Məlumata görə, bu, son bir neçə həftə ərzində keçirilən sayca üçüncü sınaqdır.  Martın 19-da rəsmi Pxenyan “Tonçhan-Ri” raket bazasında yeni nəsil  raket mühərrikini sınaqdan keçirdiyi bəyan edib. Bundan sonra KXDR lideri Kim Çen In bildirib ki, keçirilən uğurlu sınaqlar ölkənin raket sənayesinin yeni mərhələyə keçdiyini təmin edib. Cənubi Koreya hərbçilərinin məlumatına görə, martın 22-də keçirilən raket sınağı uğursuz nəticələnib.

21 İyun 2025
Dünya

Xarici diplomatlar Şuşada bərpa işlərinin gedişi ilə tanış olacaqlar

Azərbaycanda akkreditə olunmuş diplomatlardan, o cümlədən hərbi attaşelərdən və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti şənbə günü Şuşa şəhərinə gedib.

21 İyun 2025
Dünya

Bodrum yaxınlığında zəlzələ baş verdi

Egey dənizində 4,8 bal gücündə zəlzələ baş verib.

20 İyun 2025
Dünya

Rusiya və Ukrayna arasında növbəti məhbus mübadiləsi baş tutub

Rusiya və Ukrayna arasında daha bir məhbus mübadiləsi həyata keçirilib.