Şengen vizası neçəyədir? – QİYMƏTLƏR

Şengen vizası neçəyədir? – QİYMƏTLƏR
18 2017 17:40

Şengen vizasını almağın qaydaları həmin ölkələrə getmək istəyən hər bir turist üçün maraqlıdır.

Oxu.Az Şengen ölkələrinə viza almaq qaydalarını təqdim edir.

Bunun üçün ilk növbədə getmək istədiyiniz ölkənin səfirliyində onlayn növbə tutmaq lazımdır. Ölkəmizdə səfirliyi olan Şengen ölkələrindən yalnız Avstriya səfirliyində onlayn qeydiyyat yoxdur. Qeyd edək ki, onlayn qeydiyyat zamanı şəxsin sənədlərini təqdim edəcəyi vaxt təyin olunur.

Almaniya səfirliyi istisna olmaqla digər Şengen ölkələrinə sənəd şəkli təqdim edərkən biometrik şəkil ağ fonda olmalıdır. Yalnız Almaniya səfirliyinə təqdim olunan şəkil boz fonda olmalıdır. Qeyd edək ki, şəxsin pasportu viza müddəti bitdikdən sonra ən azı 3 ay etibarlı olmalıdır.

Sənədlər:

- Şəxsiyyət vəsiqəsinin surəti
- Əgər köhnə pasport varsa, onun nüsxəsi
- Sosial vəziyyəti göstərən sənədlər
- İşlədiyiniz şirkətin rəsmi blankında maaş, vəzifə göstərilməklə arayış təqdim olunmalıdır.
- Son 3 ayda bankdan çıxarış
- Qalacağınız günün sayından asılı olaraq, hesabınızda hər günə görə ən azı 100 avro olmalıdır.
- 18 yaşa qədər olan uşaqların doğum haqqında şəhadətnaməsi
- Əgər azyaşlı kiminsə qəyyumluğundadırsa, həmin şəxsin icazəsi olmalıdır. 

Bundan başqa, əgər uşaq valideynlərdən biri ilə xaricə gedirsə, digər valideyn ata və ya ana uşağın xaricə getməsinə icazə verməlidir.

- Tələbələr və şagirdlər üçün oxuduğu tədris ocağından arayış
- Hotel bron edilməli və hoteldən verilən rəsmi sənəd təqdim edilməlidir
- Səyahət sığortası
- Təyyarə biletinin bron edilməsi

- Xaricə getmək istəyən şəxsin adında əgər daşınmaz əmlak varsa, həmin əmlakın sənədləri təqdim olunmalıdır. Amma bu sənəd vacib sənədlər sırasına daxil deyil, yəni təqdim edilməsə də olar.

Qiymətlər

Qeyd edək ki, Şengen vizasının rüsumu 35 avrodur. Turizm.az şirkətinin baş tur meneceri Ürfanə Mahmudova Şengen vizası almaq üçün Avropa ölkələrinin Azərbaycanda səfirliklərindən başqa, viza üçün xüsusi qeydiyyat xidmətlərinin olduğunu bildirib:

“Amma bu cür xidmətlər pulludur. Əgər bu xidmətlərdən istifadə etsəniz, o zaman 10-30 avro miqdarında əlavə ödəniş etməli olacaqsınız”.

Ü.Mahmudovanın sözlərinə görə, təkcə Almaniya səfirliyində viza qeydiyyatı xidməti pulsuzdur:

“Çexiyaya viza sənədlərinin doldurulması isə səfirliyin özündə pulsuz, viza xidmətləri yerlərində isə pulludur. Bundan başqa, səfirliklərə təqdim olunan sənədlər ingilis dilində və notarial qaydada təsdiq edilməlidir. Yalnız Almaniya səfirliyinə sənədləri Azərbaycan dilində də təqdim etmək olar. Bundan başqa, Çexiya və Sloveniya səfirliklərinə sənədləri rus və ingilis dilində təqdim etmək olar”.

Ü.Mahmudova deyib ki, Şengen vizası verilərkən əksər Avropa ölkələri interval müddəti verirlər:

“Yəni, əgər 15-i tarixdə artıq getmək istədiyiniz ölkəyə yola düşməliydinizsə, amma bunu edə bilməyibsinizsə, onda növbəti gündə bunu edə bilərsiniz. Lakin təkcə Macarıstan səfirliyi səfərə hazırlaşanlara interval müddəti vermir. Yəni, göstərilən tarixdə yola düşməyiniz mütləqdir”.


23 Fev 2022
Turizm

İndoneziya aprel ayında karantin qaydalarını ləğv edir

İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.

23 Fev 2022
Turizm

Yunanıstanla bağlı reklam roliki sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.

22 Fev 2022
Turizm

Avstraliya iki ildən sonra qapılarını açdı

Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.

22 Fev 2022
Turizm

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

21 Fev 2022
Turizm

Turistlərə təcili yardım mütləq şərt olacaq: Turoperatorların məsuliyyəti artır - VİDEO

Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq.