Ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Çingiz Qurbanov ilə fevralın 6-da vida mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhid əsgərlə vida mərasimi Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində keçirilib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına başsağlığı verib.
Mərasimdə çıxış edən Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Rasim Əliyev bildirib ki, ötən il dekabrın 29-da Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olmuş Azərbaycan əsgəri Qurbanov Çingiz Salman oğlunun cəsədi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb.
İdarə rəisi şəhidin həyat və döyüş yolu barədə məlumat verib.
Şəhidin atası Salman Qurbanov oğlunun cəsədinin qaytarılmasına görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığını bildirib.
Sonda şəhid Çingiz Qurbanovun cənazəsi dəfn edilməsi üçün Qusar rayonuna yola salınıb.
Bu gün SSRİ Xalq artisti, mərhum müğənni Rəşid Behbudovun anım günüdür.
Azərbaycan bu gün Ukraynaya daha bir humanitar yardım partiyası göndərir.
“2018-2022-ci illər ərzində ölkəmizin qeyri-neft və qaz ixracı həm faktiki qiymətlərlə, həm də real ifadədə artaraq 1,72 milyard dollardan 3,05 milyard dollara çatıb”.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir, müasir standartlara cavab verən yeni inşa edilmiş hərbi obyektlər istifadəyə verilir.