Şəhid Çingiz Qurbanovun atası: Dövlət başçımızın əmri ilə silah götürməyə hazıram

Şəhid Çingiz Qurbanovun atası: Dövlət başçımızın əmri ilə silah götürməyə hazıram
06 2017 12:01

"Dövlət başçımızın əmri ilə silah götürməyə hazıram".

Trend-in məlumatına görə, bunu şəhid olmuş əsgər Çingiz Qurbanovun atası Salman Qurbanov hərbçimizlə vida mərasimində deyib.

Şəhid atası bildirib: "Oğlumun dövlət sərhədimizi pozmaq istəyən erməni kəşfiyyat-diversiya qrupu ilə döyüşdə şəhid olmasından 40 gün keçir. Cənab nazir, Sizə minnətdarlığımı bildirirəm və Ali Baş Komandana minnətdarlığımı çatdırmağınızı xahiş edirəm. Mən bir valideyn kimi Sizi əmin edirəm ki, dövlət başçımızın əmri ilə silah götürməyə hazıram! Allah şəhidlərimizə rəhmət eləsin!"

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin səyi nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi fevralın 5-də geri qaytarılıb.

 

Şəhid Ç.Qurbanovun nəşi Qusarda Şəhidlər xiyabanında dəfn olunacaq.

8 Dek 2023
Cəmiyyət

Şuşa rayonuna prokuror təyin edilib

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Nəriman Əsədov Şuşa rayon prokuroru vəzifəsinə təyin edilib.

8 Dek 2023
Cəmiyyət

FIA Baş Assambleyasının Bakıdakı yekun iclası başa çatıb - FOTO

Dekabrın 8-də Heydər Əliyev Mərkəzində Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Baş Assambleyasının illik yekun iclası keçirilib.

8 Dek 2023
Cəmiyyət

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib.

8 Dek 2023
Cəmiyyət

Bu günədək Türkiyəyə 185 qazi müalicəyə göndərilib, onlardan beşi xəstəxanadadır

“YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov bu günədək Türkiyəyə müalicə üçün 185 müharibə iştirakçısının göndərildiyini, onlardan beşinin müalicəsinin davam etdiyini bildirib.

8 Dek 2023
Cəmiyyət

Heydər Əliyev Mərkəzində FIA Baş Assambleyasının yekun iclası keçirilir - FOTO

Heydər Əliyev Mərkəzində Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyasının illik yekun iclası keçirilir.