Şaxtalı havada sıradan çıxan su sayğaclarına kim cavabdehdir?

Şaxtalı havada sıradan çıxan su sayğaclarına kim cavabdehdir?
08 Dek 2016 16:28

Havaların şaxtalı keçməsi mənzillərdə də problemlər yaradır. Su xətlərinin donması ailələrin susuz qalmasına səbəb olur. Hətta bu cür problemlər su sayğaclarının da sıradan çıxması ilə nəticələnir. Belə hallarda bəzi vətəndaşlar hansı quruma müraciət etməli olduqlarını bilmirlər.

Bu problemlər necə aradan qaldırılmalıdır?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, bu, Nazirlər Kabinetinin "Sudan istifadə" Qaydalarına əsasən tənzimlənir: "Qaydalara əsasən, su sayğacları quraşdırılarkən problem yaranarsa, həmin sayğaclar "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin hesabına dəyişdirilir. Həmçinin, yaşayış binalarının pilləkən qəfəslərində mənzillər üçün quraşdırılan su sayğacları şaxtalı hava və digər səbəblərdən sıradan çıxarsa, həmin vaxt abonent bu barədə aidiyyəti nəzarətedici orqan və məsul şəxsə məlumat verməlidir. Bu halda sayğac "Azərsu" ASC tərəfindən ya təmir edilir, ya da dəyişdirilir. Əgər sayğac abonentin müdaxiləsi nəticəsində sıradan çıxıbsa, həmin vaxt sayğac abonentin hesabına dəyişdirilir".

A.Cəbrayıllı bildirib ki, fərdi yaşayış (həyət) evlərində küçələrdə quraşdırılmış sayğaclara isə istənilən halda abonent cavabdehlik daşıyır. Bu evlərdə sıradan çıxan sayğaclar abonentin hesabına dəyişdirilir: "Fərdi yaşayış evləri üçün quraşdırılan sayğaclar xüsusi qutulara yerləşdirilir. Həmin qutular isə şaxtaya və soyuğa davamlıdır. Buna görə də, bu sayğacların şaxtadan sıradan çıxması mümkün deyil. Həmin sayğaclar xarab olarsa, məsuliyyət abonentin üzərinə düşür. Bu halda sayğaclar abonentin hesabına təmir edilir və ya yenisi ilə əvəzlənir".


8 İyun 2023
Cəmiyyət

Fərid Qayıbov EOC prezidenti ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti Spiros Kapralosu və təşkilatın İcraiyyə Komitəsinin üzvü Hasan Aratı qəbul edib.

8 İyun 2023
Cəmiyyət

Magistraturaya qəbul imtahanının II cəhdi keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 11 iyun 2023-cü il tarixində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı (II cəhd) keçiriləcək.

8 İyun 2023
Cəmiyyət

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI - FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 62 vaksin vurulub.

8 İyun 2023
Cəmiyyət

Azərbaycanda daha 4 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib - FOTO

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.

8 İyun 2023
Cəmiyyət

Sultan Hacıyev etimadnaməsini Keniya Prezidentinə təqdim edib - FOTO

Azərbaycan Respublikasının Keniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev etimadnaməsini bu ölkənin Prezidenti Uilyam Rutoya təqdim edib.