Şabranda qədim dəvəçilik ənənələri davam etdirilir

Şabranda qədim dəvəçilik ənənələri davam etdirilir
04 2017 11:12

Şabran rayonunda qədim dəvəçilik ənənələri davam etdirilir. Fermer Həsən Əliyev 10 ilə yaxındır rayonun Udulu kəndindəki təsərrüfatında dəvəçiliklə məşğuldur.

Şabranlı fermer təsərrüfatındakı dəvələrin sayını səkkizədək artırıb. 2007-ci ildə bu işlə məşğul olmağa başlayanda isə Həsən Əliyevin cəmi dörd dəvəsi olub. Fermer həmin dəvələri Abşerondakı dəvəçilik təsərrüfatından alıb.

Fermer Həsən Əliyev “səhra gəmiləri”nin sayını daha da artırmağı və gələcəkdə böyük dəvəçilik təsərrüfatına sahib olmağı qarşısına məqsəd qoyub. O, Şabran rayonunda dəvəçilik təsərrüfatının artırılması və inkişaf etdirilməsi üçün uyğun şəraitin olduğunu bildirir.

Fermer ona tez-tez dəvə südü üçün müraciətlər olduğunu deyir. O qeyd edir ki, dəvə südü xalq təbabətində əvəzedilməz müalicə vasitəsi kimi istifadə olunur. Deyilənlərə görə, dəvə südü göy öskürək, boğazağrısı, mədə-bağırsaq və vərəm xəstəliyinin müalicəsində əvəzolunmaz vasitədir.

Fermer deyir ki, dəvələrdə inkişaf və böyümə digər ev heyvanları ilə müqayisədə çox sürətli olur. İki ildənbir doğan ana dəvə ömrü boyu 15-20 bala verir. Adi otlaq şəraitində bəslənən 4-5 yaşlı dəvə orta hesabla 450-500 kiloqram ət verir. Dəvə əti tərkibinə görə iribuynuzluların ətindən zəngindir. Dəvə ətinin digər müsbət cəhəti ondan ibarətdir ki, bu heyvan qocaldıqda belə əti yumşaq olur.

Həsən Əliyevin bildirdiyinə görə, dəvələrin qiyməti çəkisindən asılı olaraq 2500-3000 manat arasında dəyişir.


10 Sent 2026
Cəmiyyət

Şükürbəyli kəndinə köçürülən ailələrə evlərinin açarları təqdim olunub - FOTO

Bu gün növbəti köç karvanı ilə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

10 Sent 2026
Cəmiyyət

Daha 25 ailə Cəbrayılın Şükürbəyli kəndinə çatıb - FOTO

Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb.

10 Sent 2026
Cəmiyyət

Sabah 28 dərəcə isti olacaq - 11.09.2026

Sentyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb.

10 Sent 2026
Cəmiyyət

Azərbaycan 140-dan çox ölkəyə beynəlxalq yardım göstərib

Son 15 il ərzində 140-dan çox ölkə Azərbaycanın beynəlxalq yardımından faydalanıb.

10 Sent 2026
Cəmiyyət

Milli Məclisdə komitə iclaslarının vaxtı AÇIQLANDI

Milli Məclisin 2026-cı il payız sessiyası çərçivəsində keçiriləcək ilk komitə iclaslarının vaxtı açıqlanıb.