“Carlsberg Azerbaijan” şirkəti və SABAH qrupları “Young Global Pioneers” unikal beynəlxalq təhsil proqramında iştirak üçün namizəd seçiminə başlayır.
“YGP Talent Network” – 19-25 yaşarası gələcək liderlər üçün beynəlxalq təhsil proqramının missiyası dünyanın ən istedadlı gənclərini birləşdirmək, onların dünyagörüşünü genişləndirmək, mədəniyyətlərarası kommunikasiya səviyyəsini artırmaq və dünya problemlərinin innovativ həll yollarını birlikdə tapmaq üçün qlobal düşünməyi öyrətməkdir.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu il “YGP Talent Network” iyulun 23-dən avqustun 12-dək keçəcək Tanzaniya və Zanzibara olan təlim turundan başlayacaq. Üç həftə ərzində planetin müxtəlif guşələrindən olan 20 həmyaşıd bir-birini daha yaxından tanımaq və dünya problemlərinin innovativ həll üsullarını hazırlamaq üçün birləşəcək. Tur iştirakçıları universitetləri və qabaqcıl müəssisələri ziyarət edəcək, yerli mədəniyyət və adətlərlə yaxından tanış olacaq, bölgədə mövcud problemlər və imkanlar haqqında məlumat əldə edəcək, SOS Uşaq kəndindən olan gənclərlə ünsiyyət quracaq və safari-tura yola düşəcəklər.
“Carlsberg Azerbaijan” təlim turunda iştirak etmək üçün qrant qazanmaq imkanı da yaradır. Bu il müsabiqə “Carlsberg Fondu”nun bölməsi olan “Carlsberg Bequest”in dəstəyi ilə eyni vaxtda Şərqi Avropa regionunun bir neçə ölkəsində - Rusiya, Belarus, Qazaxıstan və Azərbaycanda keçirilir. Qeyd edək ki, bu beynəlxalq təhsil proqramı Azərbaycanda SABAH qrupları (“Savadlı, Bacarıqlı, Hazırlıqlı”) ilə eksklüziv tərəfdaşlıq çərçivəsində keçiriləcək.
Səyahət başa çatdıqdan sonra, həmçinin “Global Reflection” vebinarları kimi müntəzəm onlayn-tədbirlərin üç ayda bir dəfə keçirilməsi nəticəsində “Young Global Pioneers” proqramının bütün iştirakçıları Qlobal İstedadlar Şəbəkəsinin bir hissəsi olacaqlar. Həmin şəbəkənin əsasında daha sonra təlim və kross-mədəni əlaqələrin möhkəmləndirilməsi yer alacaq.
Potensial qalib 19-25 yaşlı (2017-ci il üçün), ingilis dilini yazılı və şifahi surətdə əla biliyi, dünyanı yaxşılığa doğru dəyişdirmək arzusu, məqsədyönlülük və öyrənmək həvəsi, “YGP Talent Network” Qlobal istedadlar şəbəkəsi çərçivəsində kommunikasiya və təlimin davam etdirilməsində marağı olan gənclər olacaq.
Müsabiqədə iştirak etmək üçün sənədləri aprelin 20-dək baku_news@baltika-baku.az ünvanına göndərmək lazımdır.
Dörd ölkədən olan dörd finalçı aprelin 28-də müəyyən olunacaq. “Young Global Pioneers” isə onların arasından Tanzaniya və Zanzibara gedəcək qalibi seçəcək.
Layihə haqqında ətraflı məlumatı http://youglo.org saytından əldə etmək olar.
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.
Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.
Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir.