Rüstəm Usubov: Qorbaçovu dindirmək mümkün olmadı, qaçıb gizləndi

Rüstəm Usubov: Qorbaçovu dindirmək mümkün olmadı, qaçıb gizləndi
20 2017 16:05

"SSRİ-nin keçmiş dövlət başçısı Mixail Qorbaçov ölkə konstitusiyasının 119-cu və Azərbaycan konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozaraq həmin vaxt fövqəladə vəziyyətin tətbiq edilməsi və hərbçilərin Bakıya yeridilməsi ilə bağlı qanunsuz fərman verdi".

Trend-in məlumatına göprə, bunu Baş prokurorun birinci müavini Rüstəm Usubov deyib.

O bildirib ki, fərman əsasında yanvarın 19-u saat 00:00-dan başlayaraq hərbçilər şəhərə daxil oldu, dinc əhalini qırdılar:

"Bakı əhalisinin 132 nəfəri qətlə yetirilib, 612 nəfəri yaralanıb, 814 nəfəri qanunsuz həbs olunub. Binalara və digər qurumlara ciddi ziyan dəyib. Bakıda yetərincə hərbçi olduğu halda, 66 minlik qoşun paytaxta yeridilib. Bunlar SSRİ-nin Müdafiə Nazirliyinin, Daxili Qoşunların hərbçiləri və kursantları idi. Ən böyük azğınlığı Krasnodar vilayətinin müddətdən artıq hərbi qulluqçuları törədib, onların arasında çoxlu ermənilər olub. Hətta yanvarın 24-ü Elmlər Akademiyasının alimləri öldürülüb. Azərbaycan Televiziyasının enerji blokunun partladılması Azərbaycan DTK-nın o vaxtki rəhbəri Vaqif Hüseynov və Moskvadan gələn nümayəndələrin təşkilatçılığı ilə baş tutub. O vaxt işi Rusiya prokurorluğu aparırdı. Azərbaycan prokurorluğu isə gec - 14 fevral 1992-ci ildə başlamışdı, bu da o vaxtkı rəhbərliyin səhvidir. İki ildən sonra istintaq aparılması çox çətin idi, müəyyən sübutlar aradan qaldırılmışdı. Yenidən dindirilmə aparmaq çox çətin idi. İstintaq hərəkətləri həm burada, həm də Moskvada aparıldı. SSRİ Mərkəzi Komitəsinin rəhbər işçiləri dindirildi - onlar 19 yanvarda Bakıya ezam olunmuşdular. Ancaq Qorbaçovu və Bakatini dindirmək mümkün olmadı. O, qaçıb gizləndi. Girenko, Babkov, Mixaylov, Yazov dindirildilər. Qorbaçov istintaqdan yayındı. 1992-ci ildə 68 cild əsas iş bizə verilmədi".

R.Usubov əlavə edib ki, indiyə qədər Azərbaycan prokurorluğu 68 cild işi tələb edir: "Amma onlar bizə çatdırılmayıb. İstintaq gedir, 68 cild iş istintaqa gələndən sonra ona tam qiymət veriləcək".


9 İyun 2023
Cəmiyyət

Metro işçilərinin maaşları 15 % artırılıb

“Bakı Metropoliteni” QSC-nin işçilərinin maaşları 15 % artırılıb.

9 İyun 2023
Cəmiyyət

“Bəyin oğurlanması”nın “İsabala”sının anım günüdür - VİDEO

Bu gün kino rejissoru, aktyor və Azərbaycanın Xalq artisti Ramiz Əzizbəylinin anım günüdür.

9 İyun 2023
Cəmiyyət

Bakı metrosunun stansiya və tunellərində ventilyatorlar yay rejiminə keçirilib

"Bakı Metropoliteni" QSC-nin stansiy və tunellərində ventilyasiya sisteminin iş rejimi yay qrafikinə keçirilib.

9 İyun 2023
Cəmiyyət

Parlament müəllimlərin sertifikasiyası ilə bağlı dəyişikliyi qəbul edib

Məktəbdə ilk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiyadan azad olma müddəti 5 ildən 3 ilə endirilir.

9 İyun 2023
Cəmiyyət

Pirşağıda qamışlıq sahə yanır

Pirşağı qəsəbəsində qamışlıq sahə yanır.