“Forbes” jurnalı 2016-cı ilin yekunlarına əsasən Rusiyanın ən zəngin şəxslərinin siyahısını açıqlayıb.
“APA-Economics”xəbər verir ki, reytinqdə 200 iş adamının adı yer alıb.
Onlardan 5-i Azərbaycan əsillidir. Bunlar Vahid Ələkbərov, Zarax İliyev, Qod Nisanov, Araz Ağalarov və Fərhad Əhmədovdur.
Ötən il 3,3 mlrd. dollar itirən Vahid Ələkbərov 2015-ci illə müqayisədə 3 pillə geriləyərək 9-cu pillədə qərarlaşıb. 2017-ci ilin yanvar ayının 1-ə soydaşımızın sərvəti 8,9 mlrd. dollar dəyərində qiymətləndirilib.
Ard-arda bir neçə il Rusiyanın “daşınmaz əmlak kralları” (daşınmaz əmlakın kirayəsindən ən çox gəlir əldə edənlər) reytinqinə başçılıq edən və biznes ortağı olan Zarax İliyev və Qod Nisanov iki pillə geriləyiblər. Əslən Qubanın "Krasnaya Sloboda" kəndindən olan iş adamlarının hər ikisi 1,1 mlrd. dollar itirərək 3,2 mlrd. dollarlıq sərvətlə 26 və 27-ci yerləri bölüşüb.
Ötən ili stabil keçirən Fərhad Əhmədov 6 pillə irəliləyərək reytinqin 51-ci pilləsində qərarlaşıb. Göyçaylı iş adamının 1,4 mlrd. dollarlıq sərvəti var
2016-cı ildə 700 mln. dollar itirən Araz Ağalarov 9 pillə geriləyərək 1,1 mlrd. dollarlıq sərvətlə 55-ci pillədə qərarlaşıb.
Ümumilikdə reytinqə daxil olan soydaşlarımızın 17,8 mlrd. dollarlıq sərvəti var.
“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.
Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.