Rusiya Türkiyədən məhsul idxalına qoyduğu qadağadan sonra qardaş ölkə qonşu ölkələrə pomidor ixracını kəskin artırıb.
"APA-Economics" Türkiyə mətbuatına istinadən xəbər verir ki, embarqodan sonra Türkiyə Belarusa pomidor ixracını 500%, Polşaya 200%, Azərbaycana 160%, o cümlədən Naxçıvana 150% artırıb.
Embarqoyadək Türkiyə il ərzində Rusiyaya 500 min ton pomidor ixrac edirdi. Türkiyə ilə Rusiya arasında münasibətlərin normallaşmasına baxmayaraq embarqo hələ də qüvvədədir. Embarqo Rusiyaya sözün əsl mənasında baha başa gəlib. Belə ki, hesablamalara əsasən, Rusiya başqa ölkələrdən idxal etdiyi pomidora 500 mln. dollar əlavə xərc çəkir.
“Keçən ilin dekabr ayında Azərbaycana səfərimi xatırlayırsınız? Sizə dediyim kimi, bu, Dağlıq Qarabağda yaxınlarda azad edilmiş ərazilərin yenidən qurulmasına və bərpasına yönəlmiş iqtisadi tərəfdaşlığın başlanmasına xidmət edirdi. Tamamilə bu məqsədlə bu gün şəhər planlaşdırma sektorunda aparıcı İtaliya şirkətlərinin bölgə üçün əsas layihələri verməkdə maraqlı olan azərbaycanlı həmkarlarına özlərini təqdim etməsi üçün onlayn görüş keçirildi”.