Sankt-Peterburq şəhərində metroda partlayış törətməkdə şübhəli bilinən terrorçu təhlükəsizlik kameralarına yaxalanıb.
REALPRESS lenta.ru-ya istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, o, vaqonlardan birində bel çantasını qoyaraq metronu tərk edib.
Həmin şəxsin başdan ayağa qədər qaraya büründüyü və saqqallı olduğu bildirilir.
Qeyd edək ki, Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş verən partlayış nəticəsində 10 nəfər həlak olub, 20 nəfər yaralanıb. Rusiya Baş Prokurorluğunun nümayəndəsi baş verən partlayışı terror hadisəsi adlandırıb.
Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev ilə görüşüb.
Türkiyənin Konya şəhərində yük maşını ilə sərnişin avtobusu yolda dayanmış TIR-a çırpılıb.
Böyük Britaniya və İrlandiyada tüğyan edən "Eovin" fırtınası səbəbindən dəmir yolu və hava nəqliyyatında fasilələr müşahidə olunur.