Rusiyalı nazir: Neftin maya dəyərini 10-15 dollara salmışıq

Rusiyalı nazir: Neftin maya dəyərini 10-15 dollara salmışıq
07 2017 11:58

Rusiyanın energetika naziri Aleksandr Novak, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) ilə təşkilata üzv olmayan ölkələrin hasilatlarını azaltmalarına baxmayaraq, qlobal neft bazarında çətinliklərin davam etdiyini bildirib.

Oxu.Az “Marja”ya istinadən xəbər verir ki, Novak “IHS CERAWeek 2017” Enerji konfransında etdiyi çıxışında OPEK-in və təşkilata daxil olmayan 11 ölkənin bu ilin əvvəlindən etibarən istehsalı gündəlik orta hesabla 1,2 milyon barel azaltmaq qərarının qiymətlər üzərində müsbət təsirinin olduğunu deyib.

Sözügedən qərarın ardından neft qiymətlərinin 50-60 dollara qalxdığını qeyd edən Novak, “hazırkı qiymətlər bazarda volatilliyi azaldıb, qlobal bazara sabitlik qazandırıb. İnvestisiya da neft sektoruna qayıtmağa başlayıb”, - o deyib.

Novak aşağı neft qiymətləri səbəbi ilə neft bazarında təxminən 500 milyard dollarlıq investisiyanın yox olduğuna diqqəti çəkib.

OPEK ilə əməkdaşlıq edərək bazarda tarazlığın yaranmasını təmin etməyi düşündüklərini dilə gətirən Novak, “neft bazarı o qədər qlobaldır ki, müxtəlif ölkələrlə həmrəylik içində olmağınız lazımdır, ancaq neft bazarında çətinliklər davam edir. Bu vəziyyəti yaxından təqib etməyə davam edirik”, - deyə bildirib.

“İstehsalın maya dəyərini 10-15 dollara salmışıq”

2014-cü ilin iyun ayında 115 dollardan 30 dollara qədər düşən neft qiymətlərinə baxmayaraq, Rusiyanın neft hasilatını artırmağa davam etdiyi haqda da danışan Novak ölkəsinin neft istehsalı xərcini bir barelə görə 10-15 dollara qədər saldığını bildirib.

Nazir Novak Rusiya enerji şirkətlərinin maliyyə baxımından güclü vəziyyətdə olduğuna işarə edərək ölkədəki “çevik vergi sistemi” sayəsində enerji şirkətlərinin qlobal bazarda rəqabətə davamlı qaldığını dilə gətirib.

Aşağı neft qiymətlərinə baxmayaraq, Rusiyanın enerji sektoruna xarici sərmayəçinin gəlməyə davam etdiyini bildirən Novak, Asiya-Sakit Okean ölkələri və Hindistandan investorlar cəlb etdiklərini bildirib.

Novak ölkənin Qütb bölgəsində, Sibirin şərqində və Yamal bölgəsinin şimalında neft və qaz axtarışı-istehsalı fəaliyyətlərinə davam edəcəklərini bildirərək “Qaz gələcəyin enerjisi olmağa davam edəcək, çünki həm ucuz, həm də ətraf mühitə çox ziyan vurmur. Bundan başqa, gələcəkdə mayeləşdirilmiş təbii qazın (LNG) qlobal enerji tələbatında payının artmasını ehtimal edirik” ifadələrini istifadə edib.


8 Dek 2023
Dünya

Ararat Mirzoyan Brüsselə gedəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dekabrın 11-də Belçikanın paytaxtı Brüsselə gedəcək.

8 Dek 2023
Dünya

Azərbaycan Ordusunun 473 hərbçisinə mənzil verilib

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində daimi mənzillərin verilməsi ilə bağlı püşkatma mərasimi keçirilib.

8 Dek 2023
Dünya

İranda güclü partlayış olub, ölənlər var - FOTO/VİDEO

İranın Əlborz əyalətinin Fərdis şəhərində güclü partlayış baş verib.

8 Dek 2023
Dünya

HƏMAS Təl-Əvivə bir neçə raket atdığını bildirib

HƏMAS hərəkatının hərbi qanadı olan “Fələstinli İzzəddin əl-Qəssam Briqadaları” qrupu Təl-Əvivə bir neçə raket atdığını bildirib.

8 Dek 2023
Dünya

Moskvadan Tbilisiyə uçan təyyarə aeroporta eniş edə bilməyib

Moskvadan Tbilisiyə uçan “Azimuth” aviaşirkətinə məxsus təyyarə əlverişsiz hava şəraiti səbəbindən paytaxtın beynəlxalq hava limanına enə bilməyib.