Rusiya Müftilər Şurası müsəlman peyk kanalının yaradılması üzərində işləyir.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Şura sədrinin birinci müavini Ruşan Abbasov jurnalistlərə deyib ki, telekanalının sınaq buraxılışı gələn il nəzərdə tutulur.
O qeyd edib ki, telekanalda Rusiyada yaşayan müsəlman xalqlarının mədəniyyəti, adət-ənənəsindən bəhs olunacaq.
R.Abbasovun sözlərinə görə, hazırda layihə razılaşdırma mərhələsindədir, danışıqlar gedir.
Telekanalın gələcəkdə ingilis və ərəb dillərində yayımlanacağı istisna olunmur.
Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilə bilər.
Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.
Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün rəsmi müraciət edib.