Rusiyada erməni terroru ilə bağlı petisiya başladı

Rusiyada erməni terroru ilə bağlı petisiya başladı
09 2017 10:06

Rusiyada erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran çoxlu sayda elmi araşdırmanın müəllifi, tarixçi alim Oleq Kuznetsov 1977-ci ilin yanvarın 8-də ermənilərin Moskvada törətdiyi terror aktı ilə bağlı cinayət işinin məxfilikdən çıxarılmasını tələb edən petisiya hazırlayıb.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya Oleq Kuznetsov özü məlumat verib. O. Kuznetsov petisiyada Rusiya Ali Məhkəməsi və Baş Prokurorluğundan ermənilərin 1977-ci il yanvarın 8-də Moskvada törətdiyi seriya terror aktları ilə bağlı cinayət işi materiallarının məxfilikdən çıxarılmasını xahiş edib. Onun sözlərinə görə, bu addım, erməni terroru və məlum cinayət haqqında bütün tarixi həqiqətlərin ortaya çıxmasını mümkün edəcək.

Qeyd edək ki, ermənilər terror aktını 1977-сi il, yanvarın 8-də Moskva metropoliteninin "İzmaylovskaya" və "Pervomayskaya" metro stansiyaları arasında vaqonda törədiblər. Eyni vaxtda ermənilər SSRİ KQB-sinin yerləşdiyi binanın yaxınlığındakı 15 saylı ərzaq mağazasında və "25 Oktyabr" (indiki Nikolskaya) küçəsində yerləşən 5 saylı mağazada terror aktları həyata keçiriblər.

Daşnak Zatikyan, Stepanyan və Baqdasaryanın törətdiyi bu 3 terror aktı nəticəsində 7, digər məlumatlara görə 29 nəfər həlak olub, 37 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bir müddət sonra terror hadisəsini törədənlər SSRİ hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində yaxalanıb. Onların cinayət işi ilə bağlı məhkəmə prosesi ictimaiyyətdən gizli saxlanılıb. 1979-cu ildə məhkəmə ermənilər barəsində ölüm hökmü çıxarıb və hər üçü güllələnib.

Uzun illər sonra terrorçu Zatikyanın məhkəmədə çıxışından bir neçə məqam ictimaiyyətə məlum olub. Zatikyan məhkəmə zamanı bu sözləri deyib: "Mən dəfələrlə bəyan etmişəm ki, sizin mühakimədən imtina edirəm və heç bir müdafiəçiyə ehtiyacım yoxdur. Mən müqəssir deyiləm, mən ittihamçıyam. Sizin məni mühakimə etmək ixtiyarınız yoxdur, çünki rus və yəhudilərin idarə etdiyi imperiya hüquqi dövlət deyil! Bunu möhkəm yadda saxlamaq lazımdır. Digərlərinə də çatdırın ki, bizə yalnız qisas, qisas, bir daha qisas qalır!".

Petisiyanı "Change.org" saytındakı linkə daxil olaraq imzalamaq olar.


8 İyun 2023
Dünya

Zelenski su altında qalmış ərazilərə səfər edib - VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski Kaxovka Su Elektrik Stansiyasının (SES) dağıdılması nəticəsində su altında qalan ərazilərə səfər edib.

8 İyun 2023
Dünya

Kanadada meşə yanğınları nəticəsində 26 000 nəfər təxliyə edilib

Kanadada meşə yanğını baş verən ərazidən və ətraf rayonlardan 26 000 nəfər təxliyə edilib.

8 İyun 2023
Dünya

Azərbaycan səfiri etimadnaməsini Keniya Prezidentinə təqdim edib

Azərbaycan Respublikasının Keniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev etimadnaməsini Keniya Respublikasının Prezidenti cənab Uilyam Rutoya təqdim edib.

8 İyun 2023
Dünya

Kuril adalarında vulkan püskürdü - VİDEO

Kuril adalarında yerləşən Ebeko vulkanı püskürərək 2,5 kilometr hündürlüyə kül atıb.