Rusiyada “Yemişan”dan zəhərlənən 41 nəfər ölüb – YENİLƏNİB

Rusiyada “Yemişan”dan zəhərlənən 41 nəfər ölüb – YENİLƏNİB
19 Dek 2016 17:14

İrkutskda “Yemişan”dan zəhərlənən 57 nəfərdən ölənlərin sayı 41-ə çatdı.

Oxu.Az xəbər verir ki, bu barədə prokurorluğa istinadən RİA Novosti məlumat yayıb. 

16:15

Rusiyada İrkutsk bağ təsərrüfatlarının birində spirt tərkibli “Yemişan”ın istehsal edildiyi gizli sex aşkar edilib, burada istehsal edilən məhsulun qəbulu nəticəsində 33 nəfər ölüb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi İrkutskda şəhər DİN İdarəsi rəisinin müavini German Bratçikov iclas zamanı bəyan edib.

“Lenin rayonunda bağ təsərrüfatlarının ərazisində sexdə yalnız “Yemişan” mayesi deyil, eləcə də “Tsarskaya oxota”, “Finlandiya serebristaya” və digər kontrafakt spirtli içkilər aşkar edilib”, - o deyib. 

14:38

İrkutskda surroqat spirtli içkidən zəhərlənənlərdən ən azı 33 nəfər ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks-Sibir” məlumat yayıb.  

“Xəstəxanalarda 20 nəfər, daha 10 nəfər isə evdə ölüb. Hazrıda 15 nəfər həkimlərin nəzarəti altındadır, onların əksəriyyəti ağır vəziyyətdədirlər”, - Regional Səhiyyə Nazirliyinin mətbuat katibi Tatyana Lebedyeva bildirib. Ölənlərin sayı arta bilər.

Daha öncə şəhərin Lenin rayonunun prokuroru Stanislav Zubovski agentliyə 26 ölən haqqında məlumat yaymışdı. Onlardan altısı mənzilində və kollektorlarda prokurorluq və polis əməkdaşları tərəfindən aşkar edilib.

“Bu rəqəm artacaq, belə ki, potensial surroqat istifadəçilərinin ola biləcəyi məkanlar yoxlanılır”, - prokurorluq xəbərdarlıq edib. 

11:37

İrkutskda “Yemişan”dan zəhərlənərək ölənlərin sayı 25 nəfərə çatdı.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin region üzrə İstintaq idarəsi məlumat yayıb.

“Hazırda xəstəxanaya yatırılan 42 nəfər haqqında məlumat var, onlardan 25-i ölüb. Qalanları ağır vəziyyətdədirlər”, - məlumatda deyilir.

İlkin məlumata görə, konsentrantın tərkibində metil spirti olub.

RİA Novosti-nin məlumatına görə, vətəndaşların kütləvi ölümünə səbəb olan “Yemişan” dəmləməsini satan iki nəfər saxlanılıb.  

10:55

İrkutskda spirt tərkibli maddədən zəhərlənərək ölənlərin sayı 21 nəfərə çatıb, 37 nəfər zərəçəkən hələ də xəstəxanadadır.

Oxu.Az xəbər verir ki, bu barədə təhlükəsizlik xidmətlərində olan mənbəyə istinadən RİA Novosti məlumat yayıb.

Daha öncə İrkutsk vilayətinin prokurorluğu zəhərlənmədən 17 nəfərin öldüyü barədə məlumat yaymışdı.

“Spirt tərkibli məhsuldan zəhərlənən 37 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 21 nəfəri ölüb, daha 16 nəfər ağır vəziyyətdədir”, - mənbə agentliyə bildirib.

İlkin məlumata görə, zəhərlənməyə səbəb “Yemişan” səbəb olub. Cinayət işi qaldırılıb, araşdırma aparılır. 

10:34

İrkutskda spirt tərkibli məhsuldan zəhərlənənlərin sayı 17 nəfərə çatıb, bu məhsulun “Yemişan” olduğu ehtimal edilir. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İrkutsk vilayətinin prokurorluğu məlumat yayıb. 

Daha öncə region üzrə İstintaq Komitəsi İrkutskda zəhərlənənlərin sayının 14-ə çatdığı barədə məlumat yaymışdı. 

“Dekabrın 19-da xəstəxanaya çatdırılanların sayı 37 nəfərə çatıb, onlardan 17 nəfər ölüb”, - məlumatda deyilir.

İrkutskun Lenin rayon prokurorluğunda araşdırmaya başlanıldığı bildirilib. 

İrkutskda Novo-Lenino mikrorayonun təhlükəli malın satıla biləcəyi bütün ticarət obyektlərində reydlər keçirilir. Həmçinin xəsarət alanların ola biləcəyi bütün evlərdə yoxlamalar aparılır. Artıq bu məhsuldan istifadə edilməsi ehtimal edilən 10 ünvan üzrə yoxlama keçirilib. 


18 Mar 2025
Dünya

Qəzza zolağında gərginlik: Ölənlərin sayı 400 nəfəri keçdi, 500-dən çox yaralı var

İsrail ordusunun Qəzzaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 404-ə yüksəlib.

18 Mar 2025
Dünya

Hondurasda təyyarə qəzası: Ölənlərin sayı artdı

Hondurasda sərnişin təyyarəsinin dənizə düşməsi nəticəsində azı 12 nəfər həlak olub.

18 Mar 2025
Dünya

Qızılın qiyməti yeni tarixi maksimuma çatdı

Qızılın qiyməti Yaxın Şərqdəki gərginlik və ABŞ iqtisadiyyatı ilə bağlı narahatlıqlar fonunda yeni rekord həddə yüksəlib.

18 Mar 2025
Dünya

İndoneziyada güclü zəlzələ olub

İndoneziya sahillərində güclü zəlzələ baş verib.

18 Mar 2025
Dünya

İsrail Qəzzanı bombardman etdi: Ölənlərin sayı 300 nəfəri keçdi

İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 308 nəfərə çatıb.