Rusiya Yaxın Şərqdə Amerikaya meydan oxudu - Moskvadan Vaşinqtona sarsıdıcı zərbə...

Rusiya Yaxın Şərqdə Amerikaya meydan oxudu - Moskvadan Vaşinqtona sarsıdıcı zərbə...
05 Dek 2016 10:18

Moderator.az dünya siyasətində baş verən maraqlı proseslərlə oxucularını tanış etməkdə davam edir. O siyasətdən ki, birbaşa və ya dolayısı yolla bizə də aidiyyatı var və nəticələr çıxarmağımıza yardımçı ola bilər. Qarabağ probleminin həllində kimə güvənməliyik? Baş verənlər bir daha sübut edir ki, daha çox özümüzə. Dövlət və xalqın birliyi ikili, üçlü standartlar yeridən dünya güclərinə üstün gələ bilər. Vaxtilə Çanaqqala savaşında da dünya Türkiyənin üstünə gələndə  xalqın birliyi, əzmi türkləri qalib çıxardı. Bir milyona yaxın suriyalı öldürüldəkdən, 3 milyondan çoxu qaçqın düşəndən, ölkə xarabazarlığa çevriləndən sonra Suriyada üsyançı qüvvələr yeni dayaq axtarırlar. Beləliklə, nüfuzlu "Financial Times" – in materialını təqdim edirik.
"Financial Times" Ankarada Suriya müxalifət qüvvələrinin Rusiya nümayəndələri ilə ABŞ-ın xəbəri olmadan Hələb şəhərinin mühasirəsinin qaldırılması ilə əlaqədar gizli danışıqlar apardığı barədə məlumat yayıb. Nəşrin yazdığına görə Suriya müxalifəti Rusiya tərəfilə əvvəllər də əlaqədə olub. İndiki görüşün əvvəkilərindən fərqi ondadır ki, bu dəfə üsyançı qrupların böyük əksəriyyəti görüşdə iştirak edir. Baxmayaraq ki, danışıqlarda hələ ki, böyük irəliləyişə nail olunmayıb, faktın özü göstərir ki, bu görüş “Yaxın Şərqdə siyasi dinamikanın dəyişdiyini əks etdirir”. Hər şeyi nəzərə alsaq, regional aktorlar ABŞ-dan yan keçməklə özünün böyük güc mərkəzi olduğunu sübut etmək istəyən  Rusiya ilə razılaşmağa nail olmaq istəyirlər. Qəzetin yazdığına görə informasiyanı təqdim edən mənbələr hələ də dəqiqləşdirə bilmirlər ki, müxalifətin, üsyançıların Rusiya tərəfilə görüşü  hansı formatda keçirilir - üzbəüz, yoxsa Türkiyə tərəfin iştirakı ilə? Beynəlxalq strateji araşdırmalar institutunun elmi əməkdaşı Emil Hokayemanın sözlərinə görə Suriya müxalifətçiləri regionda Kremllə əlaqə yaratmaq istəyən tək qüvvə deyil. Bu yaxınlarda Liviya generalı Xəlifə Xəftər Moskvaya səfər edib Rusiyanın hərbi köməyilə maraqlanıb. Misir və Fars körfəzinin bir sıra ölkələri də Moskva ilə danışıqlar prosesini fəallaşdırıblar. “Vaşinqton bu danışıqlardan tamam uzaqlaşdırılıb və Ankarada nə baş verdiyindən əsla xəbəri yoxdur”- bu sözləri nəşrə Suriya müxalifətinin nümayəndəsi söyləyib.
"Financial Times"-in qənaətinə görə, hadisələrin bu cür inkişafının mənfi tərəfi ondadır ki, ABŞ Suriya konfliktində bütün təsirlərini itirməklə risk edir, regional əsas fiqurdan sadə müşahidəçi roluna düşür.


3 İyun 2023
Siyasət

İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidentini qəbul edib - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Baxı qəbul edib.

3 İyun 2023
Siyasət

İlham Əliyev iki ölkə ilə imzalanmış sənədləri təsdiq etdi

“Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş” təsdiq edilib. 

3 İyun 2023
Siyasət

Bazar gününə olan hava proqnozu açıqlanıb

Azərbaycan ərazisində iyunun 2-də gözlənilən hava şəraiti barədə proqnoz açıqlanıb.

3 İyun 2023
Siyasət

İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidentini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxı qəbul edib.

3 İyun 2023
Siyasət

Azərbaycan XİN Hindistana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Hindistana başsağlığı verib.