Rusiya və Azərbaycan XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

Rusiya və Azərbaycan XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər
06 2017 10:25

Rusiya və Azərbaycan xarici işlər nazirləri Sergey Lavrov və Elmar Məmmədyarov bazar ertəsi danışıqlar aparacaqlar. Bu danışıqlarda, XİN rəhbərləri ikitərəfli gündəlik məsələləri, əsas regional və beynəlxalq problemləri və Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Elmar Məmmədyarov Sergey Lavrovun dəvəti ilə hazırda Moskvada rəsmi səfərdədir.

"Rusiya artıq 20 ildən çoxdur ki Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında əsas vasitəçi kimi və ATƏT-in Minsk qrupunun həmsədri qismində çıxış edir. Xalqlarımızın ümumi tarixi və coğrafi yaxınlığını nəzərə alaraq bu münaqişənin həlli bizim üçün birinci dərəcəli əhəmiyyətə malikdir", - Rusiya XİN-də deyiblər.

Nazirlikdə qeyd ediblər ki, Rusiyanə və Azərbaycanı bərabərlik, bir-birinin maraqlarına hörmət və mehriban qonşuluq əsasında qurulmuş strateji tərəfdaşlıq münasibətləri birləşdirir. Hazırda iki ölkə arasında 80-dən çox dövlətlərarası və hökumətlərarası saziş imzalanıb.

"Ticari-iqtisadi əməkdaşlıq uğurla inkişaf edir. Rusiya-Azərbaycan ticarət dövriyyəsi 2016-ci ilin yekunlarına görə 1954,3 mln. dollar təşkil edib", - nazirlikdə qeyd ediblər.

Nazirlikdən qeyd ediblər ki, regionlararası əməkdaşlıq Rusiya-Azərbaycan münasibətlərinin mühüm tərkib hissələrindən biridir.

"Qarşıdakı səfəri qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi, Rusiya-Azərbaycan siyasi dialoqunun davam etdirilməsi kontekstində nəzərdən keçiririk", - nazirlikdə deyiblər.


7 İyun 2023
Siyasət

Slovakiya XİN: “Ölkəmizdə Azərbaycan səfirliyinin açılması qərarını yüksək qiymətləndiririk”

“Slovakiya Azərbaycanın bu ölkədə səfirlik açmaq qərarını yüksək qiymətləndirir”.

7 İyun 2023
Siyasət

Qida Təhlükəsizliyi Agentliyinin vəzifələri artırıldı

“Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”də dəyişikliklər edilib.

7 İyun 2023
Siyasət

Mikayıl Cabbarov: “Regionlar üzrə ümumi məhsul buraxılışı 13% artıb” - FOTO

“Bu ilin birinci rübü ərzində Azərbaycanın regionları üzrə ümumi məhsul buraxılışı 7,5 milyard manat olub”.

7 İyun 2023
Siyasət

Çilinin Azərbaycanda yeni müvəqqəti işlər vəkili Bakıya gəlib

Çilinin Azərbaycanda yeni müvəqqəti işlər vəkili Cankarlo Alberti Bakıya gəlib.

7 İyun 2023
Siyasət

Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİB

Uruqvay Şərq Respublikasının Prezidenti Luis Lakalye Poudan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.