ABŞ-ın Suriya ordusunun aviabazasına endirdiyi zərbələrin ardından Rusiyaya məxsus hərbi təyyarələr İdlib şəhərini bombalayıb.
REALPRESS.Az-ın məlumatına görə, APA “Milliyet”-ə istinadən xəbər verir ki, şəhərin Hayiş bölgəsinə endirilən hava zərbələri nəticəsində 8 dinc sakin ölüb, çox sayda yaralıların olduğu bildirilir.
Məlumata əsasən, hücuma məruz qalan bölgədə Hama şəhərindən gələn qaçqınlar məskunlaşıb.
Aprelin 4-də Suriya aviasiyasının İdlib şəhərinə zərbələr endirməsindən sonra kimyəvi zəhərlənmə nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb. Aprelin 7-ə keçən gecə isə ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən Suriya ordusunun aviabazasına 59 raket buraxılıb.
Sudanda vəba epidemiyasından ölənlərin sayı 852-yə yüksəlib.
Türkiyə Xarici İşlər Nazirliyi Novi Sad şəhərində baş vermiş faciə ilə bağlı Serbiyaya başsağlığı verib.
Astronomlar kainatda indiyə qədər müşahidə edilən ən sürətli fırlanan obyektlərdən birini tapıblar. Bu obyekt neytron ulduzudur.
Livan ərazisindən İsrailin Şaron bölgəsindəki yaşayış məntəqələrinə 3 raketin atılması nəticəsində 19 nəfər yaralanıb.
70 milyondan çox ABŞ vətəndaşı artıq öz seçki hüququndan istifadə edib və 5 noyabrda keçiriləcək ümumi seçkidə erkən səs verib. Bu, ölkədə qeydiyyatda olan təxminən 168 milyon seçicinin ümumi sayının təxminən 42%-ni təşkil edir.